Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram: 1. Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil
yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki
milyon iki yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 sentyabr 2020-ci il.
Facebook-da paylaş















