Qazaxda abadlıq işləri davam etdirilir
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər regionların
sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının
uğurlu icrası imkan verir ki, respublikamızın bütün bölgələrində yenidənqurma və
abadlıq-quruculuq işləri aparılsın. Bu gün tam əminliklə söyləyə bilərik ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda
da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Görülən işlər nəticəsindərayonda yeni asfalt çəkilmiş yolların,
əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təmir olunmuş
çoxmənzilli yaşayış binalarının, yeni tikilən, eləcə də təmir edilən məktəb
binalarının, körpələr evi-uşaq bağçalarının sayı ildən-ilə artır. Bu isə bir
daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın ən
abad rayonlarından birinə çevrilir. Hazırda ölkə rəhbərinin birbaşa
göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən
qurulur ki, bu iş də uğurla icra olunur. Ən əsası isə şəhərdə nəinki su və kanalizasiya
xətlərinin çəkilişi aparılır, eləcə də işlərin başa çatdırıldığı küçələrdə
abadlıq işləri görülür. Həyata
keçirilən işlər sayəsində küçələrə yeni asfalt vurulur, səkilərə bardürlər
düzülür, tamet döşənir, çoxmərtəbəli binaların həyəti "Abad
məhəllə” adı altında sakinlərin ixtiyarına verilir. Yeni asfalt örtüyü vurulan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri,
eləcə də yeni asfalt döşənəcək Əliağa
Şıxlinski küçəsində görülən işlər bu dediklərimizin bariz
nümunəsidir. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev
prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq
işləri rayonda "Abad
məhəllə”lərin sayının
gündən-günə artmasından xəbər verir. Hər kəsə o da yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov istər su-kanalizasiya sisteminin çəkilişini, istərsə də rayonda
aparılan abadlıq işlərini daim nəzarətdə saxlayır. Su-kanalizasiya sisteminin
yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün
aparılması, görülən bütün işlərin günün tələbləri səviyyəsində qurulması, keyfiyyətə
üstünlük verilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verir. Heydər Əliyev prospekti 65 saylı binanın yanı
Səkilərə yeni tamet vurulan Azadlıq küçəsi
Səkilərə yeni tamet vurulan Zeynalabdin Tağıyev küçəsi
Azadlıq küçəsində xarici fasadında və bloklarında təmir işləri aparılan 76 saylı bina
Heydər Əliyev prospektində dam örtüyü dəyişdirilən 88 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş