• Təqvim

  • Maraq



İcra başçısı Qaymaqlı-Kəmərli I pillə nasos stansiyasında görülən işlərlə tanış olub


Hər kəsə yaxşı məlumdur ki, havaların quraq keçməsi səbəbindən son günlər Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Bu da təsərrüfat sahələrini suvarma suyu ilə təmin edən su nasos stansiyalarının fasiləsiz qidalanmasında müəyyən çətinliklər yaradır. Bununla əlaqədar yaranmış mövcud vəziyyətin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə Birinci Şıxlı kəndində yerləşən Qaymaqlı-Kəmərli I pillə nasos stansiyasında olub, mövcud vəziyyətlə maraqlanıb.


Görülən işlər barədə məlumat verən Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov Kür çayında suyun səviyyəsinin aşağı düşməsini nəzərə alaraq çayın axınının stansiyanın suqəbuledici qurğusuna yönəldildiyini bildirib. Bu istiqamətdə görülən işlərin davam etdirildiyini vurğulayıb.

Rayon rəhbəri mövcud olan sudan qənaətlə istifadə edilməsinin, əkin sahələrinin suvarılması üçün bütün imkanların maksimum səfərbər olunmasının vacibliyini də diqqətə çatdırıb. Xüsusilə indiki vaxtda, yəni suvarmanın belə qızğın çağında su itkisinə yol verilməməsini bildirib. Bununla bağlı icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib.



 

GOYEZEN.AZ



Facebook-da paylaş