Deputat Səməd Seyidovun Qazaxın kəndlərində su təchizatı ilə bağlı parlamentdə səsləndirdiyi məsələ yerində müzakirə olunub
Son
illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bölgələrimizdə,
o cümlədən də Qazaxda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində
məqsədyönlü işlər görülür. Vətəndaşların içməli və suvarma suyu ilə bağlı
müraciətlərinə nəinki yerli icra hakimiyyəti, eləcə də mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri də həssaslıqla yanaşır.
107 saylı Qazax seçki dairəsindən millət vəkili seçilən Səməd Seyidovun
may ayının 22-də Qazax rayonunun sərhəd kəndləri olan Quşçu
Ayrım və Məzəmdə, Birinci Şıxlı, İkinci
Şıxlı kəndlərində, eləcə də şəhər sakinləri və ziyalılarla görüşü zamanı
səslənən məsələlərə operativ şəkildə baxılması bir daha sübut edir ki,
ölkəmizdə vətəndaş amili hər zaman ön planda tutulur.
Milli Məclisin deputatı Səməd Seyidovun Quşçu Ayrım, Məzəm, Birinci
Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı kəndlərinin su təchizatı problemini parlamentdə keçirilən iclas zamanı
öz çıxışında səsləndirməsi, məsələnin həlli ilə bağlı aidiyyatı dövlət
strukturlarına çağırış etməsi bir daha sübut etdi ki, qaldırılan hər bir məsələ
diqqət mərkəzində saxlanılır. Artıq qeyd olunan məsələnin həlli istiqamətində
müvafiq addımların atılması, danışıqların aparılması, həlli yollarının müzakirə
olunması bunu bir daha əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynov, Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyatı şəxslərlə birlikdə Məzəm, Birinci Şıxlı, Bala Çaylı və Abbasbəyli kəndlərində olub.
Sərhəd kəndləri olan Məzəm və Quşçu Ayrımda göldən, Birinci Şıxlı kəndində Kür çayından, Abbasbəyli kəndində "Coğazçay” su anbarından, eləcə də Bala Çaylı kəndində mövcud olan subartezian quyusundan mənbə olaraq istifadə
etməklə suyun çəkilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Suyun
çəkilişi ilə bağlı görülməsi nəzərdə tutulan işlərin layihə-smeta sənədlərinin
hazırlanması, aidiyyatı dövlət strukturlarına müraciət edilməsi ilə bağlı
tapşırıqlar verilib.
Rayon rəhbəri Məzəm, Quşçu Ayrım, Birinci Şıxlı, Daş Salahlı kəndlərində
su məsələsinin köklü şəkildə həll edilməsi üçün lazımi addımların atıldığını,
danışıqların aparıldığını qeyd edərək bu gün yerində baxış keçirilməsinin də
məhz bu məqsədə xidmət etdiyini bildirib.
Kənd sakinləri Milli Məclisin deputatı Səməd Seyidova onlara göstərilən
diqqət və qayğıya, xüsusilə də qaldırdıqları məsələni ali kürsüdən
səsləndirdiyinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün
biz bir daha əmin olduq ki, rayon rəhbərliyi ilə yanaşı, bizim deputatımız da
vətəndaş amilinə yüksək dəyər verir. Ölkə Prezidentinin biz vətəndaşlara olan
qayğısını əldə rəhbər tutaraq səsləndirdiyimiz məsələnin həlli istiqamətində
mühüm addımlar atır. Bu istiqamətdə aparılan bugünkü müzakirə də bunun bariz
nümunəsidir.
Məzəm kəndi
Birinci Şıxlı kəndi
Bala Çaylı kəndi
Abbasbəyli kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş