İcra başçısı imtahan keçiriləcək məktəblərdə olub
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin buraxılış imtahanlarının iyun ayı ərzində, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi planlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, DİM-in tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur. Məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və digər aidiyyatı şəxslərlə birlikdə imtahan keçirilməsi nəzərdə tutulan məktəblərdə olub, mövcud vəziyyətlə maraqlanıb.
Şəhər məktəblərindən Səlim Əfəndiyev adına 1 nömrəli, Səməd Vurğun adına 2 nömrəli, İsmət Qayıbov adına 3 nömrəli, Firuddin Şamoyev adına 4 nömrəli və kənd məktəblərindən Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəblərində mövcud vəziyyətlə tanış olan rayon rəhbəri imtahanların keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi, hər cür şəraitin yaradılması, məktəblərdə təkrar dezinfeksiya işlərinin aparılması ilə əlaqədar aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, Qazax rayonu üzrə 1045 nəfər IX sinif, 742 nəfər XI sinif şagirdlərinin imtahanda iştirak etməsi nəzərdə tutulur.
Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəb
Səməd Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb
İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəb
Firuddin Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəb
Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəb
GOYEZEN.AZ
Facebook-da paylaş