Qazaxda IX sinif şagirdləri imtahan verib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan şagirdlər üçün nəzərdə tutulmuş 2 mərhələdən ibarət buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. Qazax rayonunda imtahan yüksək səviyyədə keçib.
Rayon Təhsil şöbəsinin aparıcı mütəxəssisi Əziz Məmmədov bu barədə GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, imtahanlar mərkəzləşdirilmiş qaydada şəhər 1 saylı, Daş Salahlı kənd 2 saylı və Birinci Şıxlı kənd tam orta məktəblərində keçirilib.
İmtahanlarda 40 tam orta məktəbin IX siniflərində oxuyan 1033 şagird iştirak edib. Eyni zamanda, tam orta təhsil bazasından (Qazax peşə liseyindən) 55 şagird də imtahanlarda öz biliyini sınayıb. Ümumilikdə, rayon üzrə 1088 şagird imtahanlara qatılıb.
İmtahan aparılan məktəblərdə şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Suallar açıq və test qaydasında tərtib olunub. İmtahan üçün şagirdlərə 2 saat vaxt verilib. İnşa (esse) üçün isə əlavə olaraq 30 dəqiqə vaxt ayrılıb.
10 nəfər imtahan rəhbəri imtahanın qayda-qanunla aparılmasına nəzarət edib. Eyni zamanda, imtahanın gedişinə nəzarət etmək üçün 104 nəfər müəllim də cəlb edilib.
Əvvəlcədən lazımi hazırlıq işləri görüldüyü üçün bütün məktəblərdə imtahanlar təlimata uyğun, şəffaf və ədalətli şəraitdə keçib. İmtahan zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
İmtahanın cavabları bir neçə gündən sonra məlum olacaqdır.

Facebook-da paylaş