• Təqvim

  • Maraq



Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi ölkə başçısına minnətdarlıq edib


Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına!

Möhtərəm Prezident!

Son dövrlər dünyanı bürümüş böyük fəlakət olan koronavirus (COVID-19)  pandemiyası Azərbaycan Respublikasından da yan keçməmişdir. Dünyada gedən ziddiyyətli proseslər şəraitində xalqımız sürətlə yayılan təhlükəli xəstəliklə çox gərgin mübarizə zərurəti qarşısında qalmışdır. Bütövlükdə, xalqın taleyi ilə bağlı olan belə bir tarixi məsuliyyətli şəraitdə bizim doğmalarımızın, əzizlərimizin, bütün Azərbaycan vətəndaşlarının və xalqının sağlamlığının qorunması, həyat fəaliyyətinin təmin edilməsi, ictimai həyatın bütün sahələri üzrə sabitliyinin saxlanması yolunda fədakar əməyinizə, müdrik qərarlarınıza, çox böyük zəhmət hesabına əldə edilən müsbət nəticələrə görə Sizə və xalqımızın daha bir ümidi, cəfakeş Mehriban xanım Əliyevaya ən səmimi minnətdarlıq hissimizi və təşəkkürlərimizi bildirirəm. Bundan sonra da dövlət başçısı kimi Azərbaycan xalqının rifahı və xoşbəxtliyi yolunda atacağınız hər bir addımda Sizinlə birgə olacaq, bütün vətənsevər azərbaycanlılar kimi Sizi dəstəkləməyi şərəf işi biləcəyik.

Hörmətlə,

BDU-nun Qazax filialının kollektivi adından direktor Arif Rüstəmov





Facebook-da paylaş