Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
Respublika mətbuatı Qazax haqqında
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüş keçirilib.
Tədbirdə məktəb direktorları, müəllimlər, bağça müdirləri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar, KİV nümayəndələri iştirak edib.
Tədbiri
giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
başda olmaqla bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara
gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət,
təmkin, ailəsinin qayğısına qalan, fədakar, nəcib
qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi
həyatında rolundan danışaraq, demokratik cəmiyyətin inkişafının təminatçısı
olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi
həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini
vurğulayıb.
İcra başçısı qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan
ümummilli lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə
yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer
ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar
yetişdirdi. Rayon rəhbəri vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident
İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan
qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin
gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl
tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət
qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının
inkişafına böyük töhfələr verirlər.
İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi
həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın
rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə
qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının
hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün
dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl
örnəkdir.
Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da
Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd
edib. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan
gənclərinin potensialından xəbər verir.
Martın 3-də Respublika Prezidenti İlham Əliyevin Qazaxa növbəti dəfə səfər
etməsindən söz açan rayon rəhbəri həmin günün qazaxlıların yaddaşına tarixi bir
gün kimi yazıldığını qeyd edib. Ölkə başçısının hər dəfə olduğu kimi, budəfəki
səfərinin də Qazax üçün yeni töhfələr verdiyini bildirib. İcra başçısı Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı
təmiri ilə bağlı tədbirlər haqqında dövlət başçısının 5 mart 2020-ci il tarixli
Sərəncamını Qazax ziyalılarına, gələcəyimiz olan uşaqların təhsilinə göstərilən
diqqət və qayğının daha bir bariz nümunəsi kimi qeyd edib. Respublikamızın
bütün bölgələrinin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etməsi üçün
göstərdiyi dövlət qayğısına görə rayon ictimaiyyəti adından ölkə başçısına
minnətdarlığını bildirib.
Tədbirdə
rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Qazax Rayon
İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, hədiyyələr və gül dəstələri təqdim
edilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları
təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni
uğurlar arzulayıb.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
11 mart 2020-ci il
Facebook-da paylaş