İkinci Şıxlı kəndində səyyar görüş keçirilib
Bu gün dövlət başçısı İlham
Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə təşkil olunan növbəti səyyar
görüş rayonun İkinci Şıxlı kəndində keçirilib.
Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirak etdiyi görüşdə yola saldığımız 2019-cu ilin uğur və nailiyyətləri,
həyata keçirilən genişmiqyaslı işlər qeyd olunub, sakinləri narahat edən
məsələlər, qayğılar dinlənilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yenicə qədəm
qoyduğumuz 2020-ci ilin gəlişi münasibətilə səmimi arzularını çatdırıb. 2020-ci ilin proqramına uyğun olaraq İkinci Şıxlı
kəndində ilk səyyar görüşün keçirildiyini bildirən icra başçısı bu cür
görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, hər zaman olduğu kimi, bugünkü
səyyar görüşün də məqsədi sakinlərin qayğılarını
dinləmək, onlar tərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin
həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən
məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə
yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında
məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamaqdır. Ölkə rəhbərinin də söylədiyi kimi dövlət məmurlarının əsas
vəzifəsinin xalqa xidmət olduğunu çatdırmaqdır. Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən
sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət
məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən,
apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və
qayğıdan danışan rayon rəhbəri 2019-cu ilin bu sahədə yaddaqalan olduğunu
vurğulayıb. Xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər
ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın
vətəndaşlara olan diqqət və qayğısını bu sahədə görülən işlərin bariz nümunəsi
kimi göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin
sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir
daha sübut etdi ki, atılan bütün addımlar birbaşa vətəndaşların rifah halının
yaxşılaşdırılmasına yönələn addımlardır. Ölkə rəhbərinin iqtisadi islahat
paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan
icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə
yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı
Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının
180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının
rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib.
Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli
əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist
addım kimi qeyd edib. İcra başçısı Respublika
Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin Qazaxın
tarixində abadlıq-quruculuq ili kimi də yadda qaldığını söyləyib. Ən əsası da
rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon
Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin məhz həmin ildə öz müsbət həllini tapdığını qeyd
edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan
dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini
bildirib. Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi
baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı
kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin
əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta
məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını,
yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün
220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180
şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan
uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra
başçısı V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin də Dövlət
Proqramına salındığını bildirib.
İcra başçısı rayonda azyaşlı
körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində
saxlanıldığını söyləyib. 2019-cu ilin
əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd
uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi
qeyd edib. Ümumiyyətlə,
son 3 ildə rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara
cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. İcra
başçısı qeyd edib ki, bu gün həmin təmirli bağçalardan biri məhz İkinci Şıxlı kəndində
yerləşir. Kənddə mövcud olan digər iki bağçanın təmirə ehtiyacı var ki, həmin
bağçalarda da təmir işlərinin aparılması növbəti illərdə nəzərdə tutulub. Rayon rəhbəri uzun
illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını
bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək,
Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli
suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə
Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü
işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama
əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını
qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun
qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və İkinci Şıxlı
kəndində də nəzərdə tutulduğunu vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla
bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə
görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala
Cəfərli kəndlərində SİP kabelləşmənin 100 faiz başa
çatdığını qeyd edib. Rayon rəhbəri İkinci Şıxlı kəndi ərazisində
"İnvestel GROUP” MMC tərəfindən inşa olunan Aqroparka gedən 2,1 km kəndarası
yolların kənarında kol-kosların təmizlənərək 2000 metr dəmir torun çəkildiyini
və yeni beton dirəklərlə əvəz olunduğunu, yolun kənarında olan elektrik dirəklərinin
dəyişdirildiyini, eləcə də naqillərin SİP kabelə keçdiyini vurğulayıb. Digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də
SİP kabelləşmənin tam başa çatdırılacağını və bu məsələnin Dövlət Proqramına
salındığını bildirib. Kənd sakinlərindən Elman Əhmədov, İlham Musayev, Ülvi
Şıxlinski, Ramiz Hacımahmudov, V.Musayev adına İkinci Şıxlı kənd tam orta
məktəbin müəllimi Rahilə Osmanova, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta
məktəbin direktoru Məzahir Omarov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq
görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə razılıqlarını bildiriblər. Rayonda,
o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və
quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd
sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Xüsusilə də Ş.Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəbinyenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını
vurğulayıblar. Təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçmədiyinə,
müəllim və şagirdlər üçün hər cür şəraiti olan yeni məktəb binasının inşa
olunmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Sakinlər həmçinin
köhnə məktəb binasının sökülməməsini, kənddə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin,
uşaq bağçalarının həmin məktəbə köçürülməsini təklif ediblər. Bundan əlavə, kəndin
mərkəzindən keçən yolun küçə işıqlarının bərpa olunmasına köməklik edilməsini də
bildiriblər. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri
hər bir məsələyə diqqətlə baxılacağını söyləyib. Məktəbin də məhz o məqsəd üçün
sökülmədiyini bir daha vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş