Qazaxda uşaq bağçalarında keçirilən yeni il şənliklərində fərqlənən müəllimlər təltif olunub
Bu gün Qazax Rayon İcra Hakimiyyətində dekabrın 29-da rayonda fəaliyyət göstərən uşaq bağçalarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən bayram şənliklərində fəallıq nümayiş etdirən və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirən müəllimlərlə görüş keçirilib. Həmin müəllimlər rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
İcra aparatının akt zalında keçirilən tədbirdə aparatın məsul şəxsləri, bağça müdirləri, tərbiyəçi müəllimlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından tədbir iştirakçılarını salamlayıb və təltif olunan müəllimləri təbrik edib. Son 3 ildə rayon rəhbərliyi tərəfindən bağçalarda yaradılan yüksək şəraitdən, körpələrə, eləcə də bağça kollektivlərinə göstərilən diqqət və qayğıdan danışıb. Bugünkü tədbiri və müəllimlərin əməyinə verilən qiyməti həmin qayğının bariz nümunəsi kimi qeyd edib.
Sonra şəhər 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi Arzu Hacıyevaya, şəhər 2 saylı uşaq bağçasında tərbiyəçi Aybəniz İbrahimovaya, 3 saylı körpələr evi-uşaq bağçasında sanitar-dayə Sədaqət Vəkilovaya, 4 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi Dilarə Hüseynovaya, 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi Güldanə Mustafayevaya, 6 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi İlhamə Musayevaya, Hüseynbəyli kənd uşaq bağçasında tərbiyəçi Pərvanə Quluyevaya Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.
Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Gülnar Qocayeva, 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Məmmədli və təltif olunan müəllimlər çıxış edərək bağçalarda onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara olan sonsuz qayğısını rayon rəhbərinin timsalında aydın şəkildə gördüklərini və hiss etdiklərini qeyd ediblər. Rayon rəhbərinin uşaqlara olan diqqət və qayğısını, müəllim və tərbiyəçilərə olan hörmətini minnətdarlıq hissi ilə qeyd edən müəllimlər bu qayğının onlarda bir daha böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Bundan sonra da onlara göstərilən etimadı daim layiqincə doğruldacaqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş