Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi
şəkildə qəbul edərək onları narahat edən məsələləri dinləyib, qayğıları
ilə maraqlanıb.
Şəhər sakini Mustafayev Şahbaz Hidayət oğlu
və Qarapapaq kənd sakini Yaqubova Ülviyyə Şəmsəddin qızı işlə təmin olunmaları
barədə müraciət ediblər. Vətəndaşlara istəklərinə uyğun boş iş yeri yaranan
zaman baxılacağı bildirilib.
Şəhər sakini Yolalıyev Valeriy Yalan oğlunun
ev layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyatı
üzrə müraciət etməsi tövsiyə olunub və layihənin təsdiq olunması üçün tapşırıq
verilib.
Şəhər sakini Həsənov Rafiq Məhəmmədəli
oğlunun və Yuxarı Əskipara kənd sakini Vəliyeva Sənəm Əsgər qızının mənzillə
təmin olunmaq barədə istəklərinə boş yer yaranan zaman köməklik olunacağı
bildirilib.
Ağköynək kənd sakini Qaragözova Mələk Şahin
qızının ixtisasına uyğun olaraq rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləməsi
üçün kursdan keçərək Sertifikat alması və bundan sonra işlə təmin olunacağı qeyd
edilib.
Şəhər sakini Şıxıyeva Sona Aftandil qızının
işlə bağlı müraciətinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında iş
təklif olunub. Digər şəhər sakini Kərimova Əfifə Həsənqulu qızı da qızının işlə
təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa övladının Dövlət Qulluğuna
imtahanda iştirak etməsi tövsiyə edilib.
Aslanbəyli kənd sakini Nəsibov Dursun İkram
oğlu qaz xəttinin çəkilməsinə, Qarapapaq kənd sakini Şükürova Minaya Həmzə qızı
torpaqla təmin edilməsinə köməklik olunması barədə müraciət ediblər. Vətəndaşlara
aidiyyatı üzrə müraciət etmələri bildirilib və köməklik edilməsi ilə bağlı
tapşırıq verilib.
Şəhər sakinləri Mustafayev Bilal Maqsud
oğlunun, Əliyev İslam Babaş oğlunun, Əliyeva Elsima Mərkəz qızının, Qasımova
Qərənfil Rəfayıl qızının, Nəsibova Şəlalə İsmixan qızının, Xuduyeva Gülnaz
Səfər qızının, Mehdiyeva Şəfiqə Beyis qızının, Adamov Akif Hətəm oğlunun, Camalov
Arif Məcid oğlunun, Çaylı kənd sakini Məmmədova Türkan Elşad qızının, Yuxarı
Əskipara kənd sakini Hüseynova Mehparə Tahir qızının, Yuxarı Salahlı kənd
sakini Alıyeva Aliyə Tofiq qızının, Cəfərli kənd sakini Almazov Kamal Məhəmməd
oğlunun, Orta Salahlı kənd sakini Babacanov Nəbi Musa oğlunun, Canalı kənd
sakinləri Mirzəyeva Tərgül Qəzənfər qızının, Mansurov Saqif Məhəmməd oğlunun, Hüseynbəyli
kənd sakini Heydərova Təranə Vaqif qızının, Bağanıs Ayrım kənd sakini
Adıgözəlov Şəmil Hüseyn oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş