Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 18 oktyabr 2019-cu il tarixində Qazaxda Ağstafa və həmin rayondan olan vətəndaşları qəbul edib.
AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəbuldan öncə Ulu Öndər Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.
Daha sonra Qazax Rayon Gənclər Mərkəzində keçirilən qəbulda Qazax və Ağstafa rayonlarından olan 30-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb.
Qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş