Aslanbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Qazax
rayonunun Aslanbəyli kəndində sakinlərlə növbəti səyyar
görüş keçirilib. Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə
uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Həmişə olduğu kimi bugünkü görüşdə də dövlət başçısının yürütdüyü məqsədyönlü
siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində verdiyi
tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın
vətəndaşlara göstərdiyi diqqət və qayğı sakinlərin diqqətinə çatdırılıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, bu gün
Aslanbəyli kəndində doqquzuncu dəfə görüşdüyünü bildirib. Şəhərdə, eləcə də kəndlərdə
keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətindən söz açan rayon rəhbəri bu
görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini qeyd edib.
Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək
operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı
təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb. Rayon
rəhbəri son illər respublikamızın bölgələrində, eləcə də Qazaxda qazanılan uğur
və nailiyyətlərdən, aparılan abadlıq-quruculuq işlərindən, qarşıda duran
vəzifələrdən danışıb. İşsizliyin aradan qaldırılması, minimuma
endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. Rayon rəhbəri görüşdə
Respublika Prezidentinin əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı
imzaladığı mühüm Fərman və Sərəncamları qeyd edərək həmin Sərəncamlardan irəli
gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan
diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı
Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının
180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının
rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi
dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə
təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib. Rayon
rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli
yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi
ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu
bildirib. Son illər rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə
yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu
olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol
çəkilişinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam
etdirilməsi kimi qiymətləndirib. Həmin proqrama əsasən rayonun İkinci
Şıxlı, Ağköynək, Qarapapaq, Fərəhli, Xanlıqlar kəndlərinə
də yeni asfalt yolların çəkiləcəyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan
danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan
Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan
"Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani
sübutu olduğunu bildirib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət
göstərən GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf
etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin
imkanlarından yararlanmağa çağırıb.
İcra başçısı bildirib ki, iş yerlərinin
yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması baxımından böyük əhəmiyyət
kəsb edən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Son 3 ildə kənd təsərrüfatının
ildən-ilə inkişaf etdiyini, xüsusilə də əkin sahələrinin hektarının artdığını
qeyd edən icra başçısı bu sahənin bundan sonra da daim diqqət mərkəzində
saxlanılacağını söyləyib. 2016-cı ildə əkin sahəsinin 14 min hektar olduğu
halda cari ildə bu rəqəmin 24 minə çatdırıldığını bildirib. Həmçinin Aslanbəyli
kəndində də son 3 ildə əkin sahəsinin 792 hektardan 1652 hektara kimi
artırıldığını vurğulayıb. Bu artımı isə əhalinin iş yerləri ilə təmin
olunmasında mühüm addım kimi qiymətləndirib. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının
ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton
üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların
çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa
çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını
bildirib. İcra başçısı qeyd edib ki,
rayonda bir neçə kənd mövcuddur ki, həmin kəndlərdə bağçaların açılması olduqca
vacib məsələlərdəndir. Aslanbəyli kəndində də bağça açılması məsələsinin daim
diqqət mərkəzində saxlanıldığını bildirən icra başçısı dövlət proqramına adı
çəkilən məsələnin də salındığını qeyd edib. Bundan əlavə, subartezian
quyularının qazılması ilə bağlı görüləcək işlərin də əksini tapdığını, növbəti
illərdə Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində subartezian quyularının
qazılacağını və su məsələsinin köklü şəkildə müsbət həllini tapacağını bildirib. Görüşdə
erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə
əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər
maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai
qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək
xüsusi diqqət ayırmalarını vurğulayıb. Sakinlərdən Məzahir Yaqubov,
Mahir Musayev, İmralı Qaravəliyev, Vüqar Abdulkərimov, Aslanbəyli kənd tam orta
məktəbin direktoru Dilqəm Məmmədov və başqaları çıxış edərək onlarla mütəmadi
olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Son 3 ildə rayonda, eləcə də
kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun Aslanbəyli
kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Bu gün dövlət
başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan
qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını
söyləyiblər. Ölkəmizdə vətəndaşlara
göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər
adından təşəkkürlərini çatdırıblar. Görüşdə sakinlər kənddə
suvarma suyunun yaxşılaşdırılması istiqamətində subartezian quyularının
qazılmasına köməklik olunmasını, kənddə SİP kabelləşmə işinin başa
çatdırılmasını qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən
rayon rəhbəri səslənən hər bir məsələyə həmişə
olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. 5 illik Dövlət
Proqramında qazılması nəzərdə tutulan subartezian quyularından bir neçəsinin
illər üzrə Aslanbəyli kəndinə salınacağını vurğulayıb. Eləcə də SİP kabelləşmə
işinin bu kənddə də 2020-ci ildə tam yekunlaşdırılacağını qeyd edib.
GOYEZEN.AZRayon
rəhbəri kəndlərdə suvarma suyuna olan tələbatı ödəmək üçün görülməsi nəzərdə
tutulan işləri də diqqətə çatdırıb. Rayon rəhbəri son 3 ildə 46 ədədi yeni
qazılmaqla, 11 ədədi isə balansa alınmaqla 57 ədəd subartezian quyusunun
sakinlərin istifadəsinə verildiyini bildirib. Ümumilikdə rayon üzrə mövcud olan
191 ədəd subartezian quyusundan 185 ədədinin tam işlək vəziyyətdə, 6 ədədində
isə cari təmir işləri aparıldığını diqqətə çatdırıb. Ölkə başçısının
"Əkin sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən
respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar,
Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı
Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılmasının
nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri ölkə başçısının diqqət və qayğısı sayəsində son
illər rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Cəfərli, Bala Cəfərli,
Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərində içməli su probleminin 70-80 faiz müsbət həllini
tapdığını diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin bundan sonra da
uğurla davam etdiriləcəyini qeyd edib.
Facebook-da paylaş