İcra başçısı "Gedik-Carçı” Elektrod Zavodunda olub
Son illər Azərbaycan
gündən-günə inkişaf edən bir ölkə kimi dövlət başçısı İlham Əliyevin tapşırıq
və tövsiyələrinə uyğun olaraq bütün sahələrlə yanaşı yeni sənaye
müəssisələrinin yaradılması istiqamətində də məqsədyönlü işlər görür. Bunu son
illər ölkəmizdə inşa olunan sənaye müəssisələrinin sayının ildən-ilə
artmasından da aydın şəkildə görmək olar. Bu gün təqdirəlayiq hal isə odur ki,
paytaxt Bakı ilə yanaşı bütün bölgələrimizdə də bu sahənin inkişafı daim diqqət
mərkəzində saxlanılır. Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Rayonda
yeni sənaye müəssisələrinin yaradılması da bu dediklərimizin əyani
sübutudur. Qazaxda "Gedik Carçı
Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı”
Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Azərbaycanda
ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu
ölkə sənayesinin inkişafı ilə yanaşı həm də rayonda yeni iş yerlərinin
yaradılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu gün
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin zavoda baş çəkib,
mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub. Bildirilib ki, 1,5 hektar sahəni
əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400
kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis
binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq
işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə
yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib. Qeyd olunub ki, Türkiyədən
olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas
avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur. Zavodda olan bütün avadanlıqlar
müasir standartlara cavab verən səviyyədədir. İstehsal olunan məhsulun
keyfiyyətinə də xüsusi diqqət ayrılır. Bildirilib ki, bu gün ilk dəfə olaraq
Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xairici bazara da öz
məhsullarını ixrac etməyi planlaşdırır. Rayon rəhbəri sonra icra aparatının məsul işçiləri və aidiyyatı xidmət
sahələrinin rəhbərləri ilə birlikdə şəhərin bir neçə küçəsində olub. Payız-qış mövsümü ilə əlaqədar sakinlərin
fasiləsiz elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərlə yüksək səviyyədə
təmin olunması ilə bağlı aidiyyatı xidmət sahələrinin rəhbərlərinə görəcəkləri
işlər barədə tapşırıq verib. GOYEZEN.AZ
Facebook-da paylaş