Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Məzəm kənd sakini Cəfərova Samirə Daşdəmir qızı müraciətində yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik olunmasını bildirib. Vətəndaşın müraciətini dinləyən rayon rəhbəri yerində baxış keçiriləcəyini qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.
Bakı şəhər sakini Əhməd İslam Həfdik oğlu müraciətində rayonun Dəmirçilər kəndində olan ata yurduna su xəttinin çəkilməsinə köməklik olunmasını bildirib. Vətəndaşa istəyi ilə bağlı aidiyyəti şəxslər tərəfindən yerində baxış keçiriləcəyi və mümkün olarsa köməklik olunacağı qeyd olunub.
Şəhər sakini Kərimov Nazim Kərim oğlunun Azərbaycan Tibb Universitetini bitirən övladının işlə təmin olunması ilə bağlı müraciətinə isə sənədlərini aidiyyəti üzrə təqdim etməsi tövsiyə edilib.
Quşçu Ayrım kənd sakini Quluyeva Adilə Salman qızının, Kosalar kənd sakini Mehdiyeva Zahidə Kamandar qızının, Ağköynək kənd sakini İsgəndərov Elçin Elşan oğlunun, Fərəhli kənd sakini Musayeva Rəfiqə Mustafa qızının, şəhər sakinləri Paşayeva Dilşad Məhəmməd qızının, Adamov Akif Hətəm oğlunun, Həsənov Əsgər Siyaş oğlunun, Kəmərli kənd sakini Rəhimov Rəhim Məcid oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş