• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Rayon rəhbəri ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində baxılmasının bir amala - vətəndaş məmnunluğuna xidmət etdiyini qeyd edib.

Gəncə Tibb Kollecini bitirmiş şəhər sakini Atifi Safura Babək qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq sənədlərini təqdim etməsi və ixtisasına uyğun işlə təmin olunması barədə aidiyyəti üzrə tapşırıq verilib.

Şəhər sakini Baxşəliyeva Afər Murtuz qızı müraciətində yaşadığı evin sənədləşməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa evinə aid sənədləri aidiyyəti üzrə təqdim etməsi və köməklik olunacağı bildirilib.

İkinci Şıxlı kənd sakini Mansurov Oruc Məhəmməd oğlunun əlillik dərəcəsinin verilməsi, şəhər sakini Əliyeva Əntiqə Əhməd qızının əlil uşağına verilən müavinətin kəsilməsi ilə bağlı müraciətlərinə cavab olaraq aidiyyəti üzrə müraciət etmələri qeyd olunub.

"Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkzi bazarda çalışan bir qrup şəhər sakininin də müraciətinə baxılıb. Vətəndaşların bazarda yaranmış bəzi məsələlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri yerində baxış keçiriləcəyini, onları narahat edən ən xırda məsələyə belə həssaslıqla yanaşılacağını vurğulayıb.

Şəhər sakini Qaybalıyeva Həndəm Dursun qızının, Kəmərli kənd sakini Orucov Nədimi İsə oğlunun, Yuxarı Salahlı kənd sakini, şəhid atası Əlləzov Ələddin Əlləz oğlunun, Daş Salahlı kənd sakini Bayramov Rəşad Elxan oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş