• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən keçirilən bugünkü fərdi qəbulda da vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.

Şəhər sakini Qaybalıyeva Çimnaz Şükür qızının və Ağköynək kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Namazov Əzim Namaz oğlunun mənzillə təmin olunması barədə müraciətlərinə cavab olaraq boş yer yaranan zaman istəklərinə baxılacağı bildirilib.

Şəhər sakinləri Əliyeva Ruhiyyə Xəlil qızının, Orucova Dürdanə Məmməd qızının, Qurbanova Nərmin Qurban qızının, İkinci Şıxlı kənd sakini Süleymanova Samirə Mübariz qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş