İcra başçısı müsabiqə və festival iştirakçıları ilə görüşüb
Bu gün Qazax Rayon İcra Hakimiyyətində 15 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilən
məktəblilərin ”Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda
Respublika müsabiqəsində və 19–26 iyun 2019–cu il tarixdə Quba şəhərində keçirilən "Alovlu Qafqaz” adlı
Uşaq-Gənclər Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalında iştirak edən Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə görüş keçirilib. Görüşdə
müsabiqə və festivalın qalibləri olan məktəblilər, mərkəzin əməkdaşları iştirak
ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək bütün qalibləri qazandıqları nailiyyət münasibətilə səmimi qəlbdən
təbrik edib, onların uğurlarını bütün rayon məktəblilərinin uğuru kimi
qiymətləndirib. Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyətindən söz
açan icra başçısı gənc və yeniyetmələrin, məktəblilərin pis vərdişlərdən uzaq
olmasında, sağlam düşüncəli gəncliyin formalaşmasında mərkəzdə fəaliyyət
göstərən dərnəklərin böyük əhəmiyyət daşıdığını bildirib. İcra başçısı qeyd edib ki, hər zaman olduğu kimi, bu
gün də özümə borc bildim ki, bu gözəl balalarla görüşüb təbriklərimi çatdırım.
Onların sevinclərinə şərik olaraq nailiyyətlərini qiymətləndirim. Əsas məqsədim
onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları
daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim
diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirməkdir. Qazaxın bütün sahələrdə hər zaman nümunə olduğunu qeyd
edən rayon rəhbəri vurğulayıb ki, rayonun keçmişi, bu günü və gələcəyi, xüsusilə
də rayonun bugünkü inkişafı bunu söyləməyə əsas verir. Sonda qazandıqları
uğurlara görə təşəkkürünü çatdıran rayon rəhbəri məktəblilərə dərslərində daha
böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Məktəblilərlə səmimi söhbət edən icra başçısı müsabiqə
və festivalla bağlı onların təəssüratlarını da öyrənib. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər
Rəhimova, mərkəzin eko biomüxtəliflik
dərnəyinin rəhbəri Pərvanə Həsənova, bacarıqlı əllər dərnəyinin rəhbəri Nüşabə
Hacıyeva çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və
qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya, onlara göstərilən bu səmimi münasibətə görə rayon rəhbərinə
öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin,
istərsə də şagirdlərin əməyinə verilən ən yüksək qiymət olduğunu qeyd ediblər. Səmimi söhbət əsasında keçən görüşdə məktəblilərə
hədiyyə təqdim olunub və sonda xatirə şəkli çəkdirilib. Məlumat üçün qeyd edək ki, 15 aprel 2019-cu il
tarixdə Bakı şəhərində keçirilən məktəblilərin "Ekoloji təmiz məhsul və
aqrobiomüxtəliflik” mövzusunda Respublika müsabiqəsində iştirak edən UGİM-nin dərnək
üzvlərindən - Çaylı kənd 2 saylı tam orta məktəbin şagirdləri Röya Alıyeva
heyvandarlıq nominasiyası üzrə, Fateh Orucov və Nihat Qaraxanov isə dənli
bitkilər nominasiyası üzrə I yerə layiq görülüblər. 19-26 iyun 2019-cu il tarixdə Quba şəhərində
keçirilən "Alovlu Qafqaz” adlı Uşaq-Gənclər Beynəlxalq folklor, rəqs və
yaradıcılıq festivalında iştirak edən mərkəzin digər dərnək üzvlərindən - şəhər
1 saylı tam orta məktəbin şagirdi Kamil Əmrahov yaradıcılıq nominasiyası üzrə I
yeri, Kosalar kənd tam orta məktəbin şagirdi Teybə Quluzadə isə eyni nominasiya
üzrə II yeri qazanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş