Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Son 3 ildir ki, ölkə Prezidenti
İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da prioritet
sahə kimi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciətlərinə, qaldırdıqları
problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, sosial
müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər bunu söyləməyə əsas verir. Dövlət başçısının tapşırıq və
tövsiyələrinə əsasən həftə ərzində sakinlərlə səyyar görüşlərin, fərdi qəbulların
keçirilməsi, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində baxılması bir
amala xidmət edir ki, kökündə vətəndaş məmnunluğu dayanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Məmməd Alıyev bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri
dinləyib.
Daş Salahlı kənd sakini Mustafayev
Şadət Nuru oğlunun torpaq sahəsi ilə təminolunma barədə istəyinə cavab olaraq
aidiyyəti üzrə müraciət etməsi və rüsum haqqı ödəyərək torpaq əldə edə biləcəyi
bildirilib.
Şəhər sakini Allahyarov
Rüstəm Kavı oğlu övladının, Kəmərli kənd sakini Hüseynəliyev Niyazi Yolçu oğlu
və Qarapapaq kənd sakini Rəhimov Gündüz Səməd oğlu isə özlərinin işlə təmin
olunmalarına köməkilk edilməsini qeyd ediblər. Vətəndaşlara istəklərinə uyğun boş
iş yeri yaranan zaman müraciətlərinə baxılacağı qeyd olunub.
Yuxarı Əskipara kənd sakini
Eminov Kamandar Mustafa oğlunun, Bağanıs
Ayrım kənd sakini Poladov Abbas Bəhmən oğlunun müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş