İcra başçısı ağsaqqallarla görüşüb
Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşlara
göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu
sahəyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, rayonda icra başçısı ilə
sakinlər arasında səmimi bir münasibət yaranıb. Rayon rəhbərinin daim diqqət
mərkəzində saxladığı, mütəmadi olaraq qayğı ilə yanaşdığı insanlardan biri də
rayonda yaşayan ağsaqqallarımızdır. İcra başçısının onlarla görüş keçirməsi isə
artıq bir ənənə halını alıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
növbəti dəfə rayon Müharibə və Əmək Veteranlarının İstirahət Mərkəzində olub,
ağsaqqallarla görüşüb, onların qayğıları ilə maraqlanıb. Ömrünün ahıl çağlarını
yaşayan insanlarla səmimi söhbət edən icra başçısı onların istəyini nəzərə
alaraq istirahət üçün istifadə etdikləri inzibati binanın təmir olunması barədə
aidiyyəti üzrə tapşırıq verib.
Ağsaqqallar mütəmadi olaraq
onlara baş çəkdiyi, daim qayğıları ilə maraqlandığı üçün rayon rəhbərinə
minnətdarlıqlarını bildiriblər. Rayonda bütün təbəqədən olan insanlara eyni cür
qayğının göstərilməsini yüksək qiymətləndirərək razılıqlarını ifadə ediblər.
İcra başçısı onlara olan
səmimi münasibətin bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş