Qazaxbəyli kənd uşaq bağçası yenidənqurma və əsaslı təmirdən sonra - FOTOLAR
Məlumat üçün qeyd edək ki, 31 may
2019-cu il tarixdə istifadəyə verilən 20 yerlik yeni bağçada bir qrup fəaliyyət
göstərir. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq
otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bağça müasir
istilik sistemi ilə təmin olunub. Geniş həyətə malik olan və müasir
standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür
şərait yaradılıb. Bundan əlavə, yeni bağça müasir avadanlıqlarla təchiz olunub.
Facebook-da paylaş