28 May – Respublika Günü İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində qeyd olunub
28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq
101 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
Respublika Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün növbəti bayram tədbiri Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbində təşkil olunub. 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul
işçiləri, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird
kollektivi iştirak ediblər. Məktəbin direktoru Samir Hüseynov tədbiri açıq elan
edərək təbrik etmək üçün sözü rayon rəhbərliyinə verib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək 28 May – Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə
kənd sakinlərini, məktəbliləri təbrik edib, xoş arzularını çatdırıb. İcra
başçısı eyd edib ki, tarixi keçmişimizə nəzər salsaq görərik ki, doğrudan da 28
may təqvimdə Azərbaycan xalqı üçün əlamətdar bir gündür və tarixi əhəmiyyət
daşıyır. Rayon rəhbəri bu tarixlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə
yanaşı bugünkü müstəqil dövlətimizin əsasının qoyulduğunu qeyd edib. Müstəqil
Azərbaycanın 1918-ci ildə qurulmuş AXC-nin varisi olduğunu qeyd edən rayon
rəhbəri həmin müstəqilliyin 1991-ci ildə yenidən bərpa olunduğunu bildirib.
İcra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışı ilə Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olduğu bir daha bütün dünyaya
sübut olundu. Bütün dünya ölkələri bir daha əmin oldular ki, Azərbaycanın dünəni,
bu günü və gələcəyi hər zaman əmin əllərdə olub və bundan sonra da olacaqdır.
Ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində gündən-günə
inkişaf edən Azərbaycanın qazandığı uğur və nailiyyətlər, ildən-ilə artan
nüfuzu bunu söyləməyə əsas verir. Rayon rəhbəri arxada qoyduğumuz bu illər
ərzində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdiyini
bildirib. Son illər Qazaxda aparılan tikinti-quruculuq, abadlıq işlərini,
təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan
uğurları qeyd edib və müstəqil Azərbaycanın çiçəklənməsi naminə bir daha hər
kəsə uğurlar arzulayıb. Məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət
Himninin səslənməsi ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbirin bədii
hissəsinə start verilib. Dövlət Bayrağının və Gerbin səhnəyə gətirilməsi
alqışlarla qarşılanıb və 28 may tarixinin əhəmiyyəti bir daha vurğulanıb. Məktəbin I sinif şagirdi Xədicə Qasımlının ifasında
səslənən "Azərbaycana gəlsin”, IV sinif şagirdi Şəfa Əliyevanın ifasında səslənən
"Azərbaycan”, V sinif şagirdi Ulduz Əsədzadənin ifasında səslənən "Azərbaycan
bayrağı”, VII sinif şagirdi Aynur Musazadənin ifasında səslənən "Azərbaycan”, VIII
sinif şagirdi Türkan Qasımzadənin ifasında səslənən "O sahildə, bu sahildə”,
Zöhrə Əhmədzadənin ifasında səslənən "Azərbaycan”, Asya Abdullayevanın ifasında
səslənən "Vətən” şeirləri Respublika Gününə həsr olunmuş tədbirə daha bir xoş
ovqat qatıb. Məktəblilərin hazırladıqları "Bayraq” rəqsi, "Odlar
yurdum Azərbaycan”, "Qazax yetirir, yetirir”, "İgid əsgər” mahnıları və
şəhidlərimizə həsr olunmuş səhnəcik tədbir iştirakçıları tərəfindən böyük
maraqla izlənilib. Tədbirin bədii hissəsi məktəblilərin ifasında səslənən
"Yaşa Azərbaycan” mahnısı ilə başa çatıb. Məktəbin direktoru Samir Hüseynov sonda bir daha
bugünkü tədbirdə iştirak etdiyinə görə rayon rəhbərliyinə məktəbin kollektivi
adından minnətdarlığını çatdırıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
bildirib. Qeyd edib ki, bu gün ölkə başçısının və Sizlərin təhsilə olan dövlət
qayğısı nəticəsində şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tədbirə yekun vuraraq 28 May – Respublika Günü münasibətilə müəllim və
şagirdləri bir daha təbrik edib və yeni-yeni nailiyyətlər qazanmağı arzu edib. GOYEZEN.AZ
Facebook-da paylaş