Cəfərli kənd sakinləri ilə səyyar görüş keçirilib
"Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”. Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı tərəfindən söylənilən bu fikirlər bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman ön planda olub. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda vətəndaş amili hər zaman diqqət mərkəzində saxlanılır. Son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsi dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin ön planda olmasından xəbər verir.
Ölkə rəhbərinin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən növbəti görüş bu gün sərhəddə yerləşən Cəfərli kənd sakinləri ilə olub. Əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
İcra başçısı bildirib ki, 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi fikirlər bir daha onu göstərdi ki, dövlət hər zaman öz vətəndaşının, xalqının yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Odur ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.
Rayon rəhbəri ötən ilin axırları və bu ilin əvvəlində ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlardan, həyata keçirilən uğurlu layihələrdən də söz açıb. Qeyd edib ki, əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılması, eyni zamanda, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsi, problemli kreditlərin həll olunması və bunun kimi onlarla işlər bir daha göstərdi ki, bütün işlərin təməlində vətəndaşların rifah halının yaxşılaşdırılması dayanır. İmzalanmış mühüm sərəncamlar onu sübut etdi ki, ölkə vətəndaşını narahat edən ən kiçik məsələyə belə xüsusi həssaslıqla yanaşılır. Hər bir ölkə vətəndaşına heç bir fərq qoyulmadan eyni diqqət və qayğı göstərilir.
Son illər Azərbaycanda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən rayon rəhbəri 3 il ərzində Qazaxda da xeyli sayda işlərin görüldüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu illər ərzində görülən işlərə nəzər salsaq aydın şəkildə görərik ki, rayonumuzda bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə edilib. Rayonda təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən danışan rayon rəhbəri bu sahələr üzrə qazanılan uğurların ildən-ilə artdığını qeyd edib.
Kənd təsərrüfatında əldə olunan uğurlardan danışan rayon rəhbəri ötən bu müddət ərzində əkin sahələrinin artırılaraq 16 mindən 22 min hektara çatdırıldığını vurğulayıb. Bundan əlavə, kartof sahəsinin 433 hektardan 1200 hektara, tütün sahəsinin 10 hektardan 65 hektara çatdırıldığını bildirib. Qeyd edib ki, əgər 2016-cı ildə 7800 hektar sahədə taxıl əkilmişdisə, 2019-cu ildə bu rəqəm artırılaraq 13180 hektara çatdırıldı. Baramaçılıqda da uğurlu göstəricilərin əldə olunduğunu qeyd edən rayon rəhbəri qeyd edib ki, bu il artıq 4 il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Rayon rəhbəri bu il də barama istehsalında artımın olacağını bildirib. İcra başçısı bildirib ki, bütün bunlar isə əkin sahəsinin artımı ilə yanaşı, həm də yeni iş yerlərinin açılması, işçi qüvvəsinin artırılması deməkdir. Yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışan icra başçısı ölkə prezidentinin təşəbbüsü ilə yaradılmış "DOST İş Mərkəzi” MMC tərəfindən Qazax rayonu üzrə 420 yeni iş yeri verildiyini bildirib.
Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması dövlətin və dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı deməkdir. Eyni zamanda, bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsi həm də rayon sakinlərinin işlə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb.
Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli Qazax rayonu üçün də əlamətdar hadisələrlə zəngin oldu. Sevindirici hal isə odur ki, hər iki sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsidir. İcra başçısı bu gün həmin ali sərəncama əsasən yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin getdiyini və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki, hər birinizə yaxşı məlumdur ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə nəzarət edildiyini də diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Hər kəsə yaxşı məlumdur ki, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır. Bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Yeni uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunaraq yenidən qurulur. Müasir inventar və avadanlıqlarla təmin edilir. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Həmin təmirli bağçalardan biri də Cəfərli kənd uşaq bağçasıdır. Rayon rəhbəri hazırda Qazaxbəyli kənd uşaq bağçasının da əsaslı şəkildə təmir olunduğunu bildirib.
İcra başçısı vurğulayıb ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdirildiyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 22 aprel 2019-cu il tarixli sərəncamı bir daha sübut etdi ki, yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. İcra başçısı Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişi ilə bağlı görülən işlərdən də danışıb.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Cəfərli kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib. Son 3 ildə rayonda 41 ədəd subartezian quyusunun qazıldığını qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Bu işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Rayon rəhbəri qeyd edib ki, respublikamızın bütün bölgələri, o cümlədən də Qazax ölkə başçısının uğurlu və məqsədyönlü siyasəti nəticəsində gündən-günə inkişaf edir. Bütün sahələr üzrə uğurlu nəticələr əldə olunur. Bütün bu uğurları isə nəinki biz ölkə vətəndaşları, həm də ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər də əyani şəkildə görür. İcra başçısı qeyd edib ki, Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə aprelin 30-da rayonumuza təşkil edilən səfərin məqsədi də ölkəmizin regionlarının inkişafını və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələri göstərmək, habelə turizmin inkişafı ilə yerində tanış etmək idi. Ölkəmizin qərb qapısı sayılan Qazaxda qonaq olan, 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar və onların xanımları Qazaxın timsalında bir daha əmin oldular ki, Azərbaycanın bütün bölgələri özünün intibah dövrünü yaşayır. Bu inkişafın təməlində də ölkə başçısının uzaqgörən siyasəti və gərgin əməyi dayanır.
Kənd ağsaqqallarından Sabir Vəliyev, Seyfəddin Vəliyev, sakinlərdən Ələkbər Heydərov, Məzahir Mustafayev, Ramin Məmmədov, Fərhad Məmmədrzayev, Elməddin Allahverdiyev, Murad Musayev, Almaz Məmmədova, İlham Aşırov, Ədalət Qarasaqqalov, Əfqan Vəliyev, Ruslan Tağıyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə son 3 il ərzində görülən işlərdən danışan kənd sakinləri qeyd ediblər ki, kəndimizdə yerləşən 20 yerlik uşaq bağçası neçə illər idi ki, çox bərbad vəziyyətə düşmüşdü, otaqlar darısqal və təmirsiz idi. Sizin tapşırığınıza əsasən bağça binası əsaslı şəkildə təmir edilərək yenidən quruldu, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verildi. Bundan əlavə, kənd əhalisinin uzun illərdən bəri həsrətində olduğu yol problemi ölkə başçısının qayğısı nəticəsində öz müsbət həllini tapdı. Ölkə başçısı İlham Əliyevin qayğısı sayəsində kəndə yüksək keyfiyyətli asfalt yol çəkildi. Bu, ölkə başçısının sərhəd kəndində yaşayan biz sakinlərə ən böyük töhfəsidir. Bundan əlavə, qaldırdığımız ən kiçik məsələyə belə xüsusi həssaslıqla yanaşılması onu sübut edir ki, doğrudan da ölkəmizdə vətəndaş amili, xalqa olan qayğı ön planda saxlanılır. Biz sakinlər ölkə başçısının çıxışları zamanı söylədiyi fikirlərdən də aydın şəkildə görürük, şahidi oluruq.
Çıxış edənlər sərhəd kəndinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, qəzalı vəziyyətdə olan telefon dirəyinin dəyişdirilməsi, kənddə əlavə artezian quyusunun qazılması, güzəştli gübrə ilə təmin olunma və s. məsələ ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd uşaq bağçasında olub, körpələrə göstərilən xidmətlə, diqqət və qayğı ilə maraqlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş