Qazaxda çox işlər görülüb, görüləsi işlər də çoxdur
Keçirilən hesabat yığıncağında bu fikir səslənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Bununla əlaqədar Qazax rayonunda hesabat yığıncağı olub.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyev adına parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Sonra Gənclər Mərkəzinin akt zalında rayon ictimaiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, sahibkarların, KİV nümayəndələrinin iştirak etdiyi yığıncaq öz işinə başlayıb.
Tədbir iştirakçıları hesabat ilində ayrı-ayrı müəssisələr tərəfindən rayonda istehsal olunmuş məhsullardan ibarət sərgiyə baxıb, 2016-cı ildə rayonda həyata keçirilən tikinti-quruculuq işlərini əks etdirən foto-stendlə tanış olublar.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Qazax rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qeyd edib ki, hesabat dövründə respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilmiş və 2016-cı ildə demək olar ki, bütün sahələr üzrə uğurlu göstəricilər qazanılmışdır. Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaddaqalan tədbirlər həyata keçirilmiş, bununla bağlı mühüm işlər görülmüşdür. Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2016-cı ildə də uğurla həyata keçirilmişdir. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir - tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2016-cı ildə də uğurla davam etdirilmişdir.
Respublika Prezidenti İlham Əliyev səkkizinci dəfə rayonumuza rəsmi səfər etmişdir. Bu səfər zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində inşa olunan, müasir tələblərə cavab verən, 940,8 kv.m sahəsi olan 3 mərtəbəli Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, yeni tikilmiş uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolunun, 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyasının və "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" binasının açılışında iştirak etmişdir.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkün ailələri həmin binalara köçürülmüşdür.
Bərpa Agentliyi tərəfindən Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Qazax şəhər 2,3,4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sistemləri qurulub istifadəyə verilmişdir. Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatmış, 25 nəfər işlə təmin olunmuşdur. Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Qazax rayonunda “Azərxalça” ASC tərəfindən 160 iş yerlik Xalça fabrikasının tikintisi davam etdirilir.
Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq köhnə mərkəzi rayon xəstəxanasının yerində yeni 145 çarpaylıq mərkəzi rayon xəstəxana kompleksinin tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılmış və 2014-cü ilin mart ayından isə tikinti işləri dayandırılmışdır. Hal-hazırda hazırlıq işləri aparılır ki, bu ayın 15-dən tikinti işlərinə başlanılacaqdır.
“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunun Qazax-Əskipara yolu ilə birləşdirən uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam edir. 2017-ci ildə uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisinə başlanılacaqdır.
Yaxın vaxtlarda Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qazax şəhərində Şəhidlər Xiyabanı qəbiristanlığında abadlıq-bərpa işləri aparılmış, şəhidlər bulağına su xətti çəkilərək xiyabanın yolu təmir olunmuşdur. Şəhər ərazisində olan bütün şəhid bulaqlarında təmir işləri aparılmışdır. Aprel ayında şəhid olmuş 3 nəfər şəhidimizin xatirəsinə şəhərin mərkəzində yeni bulaqlar tikilmişdir. Eyni zamanda rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərində Şəhidlər Xiyabanlarında təmir işləri başa çatdırılmışdır.
Rayonun girişində olan abidənin ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq şəbəkələr qurulmuş, 5000 kv.m sahəyə qazon otu döşənmiş, həmin ərazinin suvarılması üçün su xətti çəkilmiş və işıqlanma sistemi qurulmuşdur. Həmin ərazidə Azərbaycanın ilk təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmışdır. Bundan əlavə bayraq meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir işləri aparılaraq abidələr tamamilə yenidən qurulmuş, ətrafında geniş abadlıq-quruculuq işləri aparılaraq qazon otu əkilmiş və yeni işıqlanma sistemi quraşdırılmışdır.
Heydər Əliyev Parkı ərazisində yaradılmış süni gölün içərisində işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə kompleksi quraşdırılaraq istifadəyə verilmişdir.
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri başa çatmış, parkın 4.443 kv.m sahəsinə tamet döşənmiş, 1.656 p/m uzunluğunda bardür düzülmüş, yeni işıqlanma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmiş, fontan kompleksi tamamilə yenidən qurulmuşdur.
Qazax şəhərində 24 çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır. Həmin binalardan hazırda 10 binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmış, 14 binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində təmir işləri davam edir. Vətəndaşların müraciətlərinə əsasən əlavə 7 çoxmənzilli binalarda da təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 12.000 kv.m-ə yaxın dəmir kirəmit vurulmuş, 300 kv.m-ə yaxın hasar hörülmüş, evlərin fasad hissəsində və hasarlarda suvaq, rənglənmə işləri aparılmış, yaşayış evlərinə və məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapıları düzəldilmiş, 60-a yaxın giriş qapılarında isə təmir və rənglənmə işləri aparılmışdır.
Rayon ərazisində olan 10 ədəd çoxmənzilli yaşayış evlərinin həyətlərinə asfalt örtüyü çəkilmişdir. Heydər Əliyev prospekti boyunca çalaların təmir olunmasına və həyətlərin giriş hissəsinə 60 tona yaxın asfalt örtüyü qoyulmuşdur.
2016-cı ildə şəhərin H.Əliyev prospekti boyunca, mərkəzi küçələrdə və parklarda abadlıq işləri aparılmış, 50.000 yeni ağac və gül kolları, 16.000 kv.m sahəyə qazon otu, 12.000 ədəd qızılgül və gül kolları əkilmiş, 125 ədəd yeni işıq dirəkləri qoyularaq işıqlanma sistemi yenidən qurulmuşdur. Şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Qazax şəhərinin küçələrinə 20 km uzunluğunda, kənd yaşayış məntəqələrində isə 160 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarlarının inşası başa çatmış, rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində yaşayış evlərinin həyətlərində ümumi uzunluğu 1381 p/m olmaqla, 4.143 kv.m istinad divarı çəkilmişdir. İkinci mərhələ tikinti işlərinə başlanılmış, hazırda davam edir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir. Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır. Bala Cəfərli kəndində 6 evin dam örtüyü tamamilə, 18 evin dam örtüyü isə qismən dəyişdirilmişdir. Quşçu Ayrım, Ürkməzli və Dəmirçilər kəndlərinin hər birində bir şəhid ailəsi və Dəmirçilər, Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmış, Xanlıqlar kəndində isə bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.
Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Ürkməzli kəndində bir ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu quraşdırılmış, 2 km uzunluğunda su xətti, Dəmirçilər kəndində 1 km uzunluğunda içməli su xətti çəkilmişdir. Aslanbəyli kəndində 1 ədəd 5 tonluq su çəni quraşdırılaraq 350 metr uzunluğunda, Alpout kəndində 1 ədəd 25 tonluq su çəni quraşdırılaraq 700 metr uzunluğunda, Qazaxbəyli kəndində isə 1170 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı kəndində 2 ədəd, Çaylı, Kosalar və Xanlıqlar kəndlərinin hər birində 1 ədəd olmaqla cəmi 6 ədəd subartezian quyularının qazıntısı işləri davam etdirilir. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır. Eyni zamanda əvvəlki illərdə qazılmış və istifadyə verilməmiş 11 ədəd subartezian quyusundan 10 ədədi texniki şərt alaraq balansa götürülmüş və istifadəyə verilmişdir.
Rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək rayon üzrə 310 müəssisə yaradılmış 12.161 daimi olmaqla 14.639 yeni iş yeri, o cümlədən 2016-cı ildə rayonda 20 yeni müəssisə yaradılaraq 2031 daimi olmaqla 2141 yeni iş yeri açılmışdır.
2016-cı ildə rayon üzrə 14.895 hektar əkin sahəsi olmuşdur ki, ondan 7926,5 hektar dənli və dənli paxlalılar, o cümlədən 5.559 hektar buğda, 2261 hektar arpa, 86,5 hektar vələmir, 20 hektar digər paxlalı bitkilərdir. Qarğıdalı 324 hektar, günəbaxan 46,5 hektar, kartof 433 hektar, tərəvəz 435 hektar, bostan 34,5 hektar, tütün 10 hektar, süpürgə 20,5 hektar, yonca 5.665 hektar olmuşdur. Bundan başqa 1.303 hektar meyvə bağı, 325 hektar üzüm bağı vardır. 2015-ci illə müqayisədə 2016-cı ildə 23998,4 ton dənli paxlalılar məhsulu istehsal olunmuşdur ki, bu da 5781,4 ton artıq, orta məhsuldarlıq 30,4 sentner, yəni 0,2 sentner artıq olmuşdur. Dən qarğıdalı 121 ton, günəbaxan 17 ton, kartof 4.185 ton, bostan məhsulları 43 ton, meyvə 155 ton artıq istehsal olunmuşdur.
2016-cı ildə rayonumuzda 10 hektar sahədə tütün əkilərək 15.635 kq quru tütün məhsulu və 1.502 kq barama istehsal olunmuşdur. 39 hektar sahədə yeni fındıq bağı salınmış, 4,5 hektar sahədə baramaçılığın inkişafı üçün 22.000 ədəd yeni tut (çətil) tingləri basdırılmışdır ki, bunun da 20.000 ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. 4.500 kq barama istehsalı üçün hazırlıq işləri aparılır. 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 10.810 hektar sahədə yəni ötən mövsümə nisbətən 3.049 hektar çox payızlıq taxıl əkilmişdir. Bundan 8.173 hektarı buğda, 2637 hektarı isə arpadır. 2016-cı ildə 2017-ci ilin yazlıq əkinləri üçün 1.346 hektar sahədə şum aparılmışdır. 2017-ci ildə 500 hektardan çox sahədə şəkər çuğunduru, 800 hektar kartof əkini, 50 hektardan çox sahələrdə tütün əkini nəzərdə tutulmuşdur.
Məruzə ətrafında çıxışlar olub. Qazax rayonu üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov çıxış edərək hesabat dövründə görülən işlərdən söz açıblar.
Tədbir iştirakçıları əvvəlcədən zalda quraşdırılmış mikrafon vasitəsilə öz təkliflərini söyləyiblər.
Çıxışçılardan I Şıxlı kənd sakini Şəmşəd İbrahimov, rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Şücayət Nağdalıyev, 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Nəzakət İsgəndərova, Kosalar kənd sakini Cavanşir Rüstəmov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Kəmərli kənd sakini Rəhim Rəhimov, Quşçu Ayrım kənd sakini Yusif Nəbiyev, Məzəm kənd sakini Süleyman Süleymanov, Cəfərli kənd sakini Seyfəddin Vəliyev, Bala Cəfərli kənd sakini Ceyhun Rəhimov, Çaylı kənd sakini Yasin Əkbərov, və başqaları çıxış edərək 2016-cı ildə Qazax rayonunda və yaşadıqları kəndlərdə görülmüş işlərə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. İştirakçılar tərəfindən səslənən təkliflər barədə rayon rəhbərliyi öz fikirlərini bildirib.
Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, hesabat yığıncağında iştirak və çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən, həyata keçiriləcək işlərdən danışıb.

Elçin İSMAYIL
Facebook-da paylaş