• Təqvim

  • Maraq



Qazaxla tanış olan qonaqlar rayonda görülən işləri yüksək qiymətləndiriblər

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair, publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam və Xəyal Nəsibovlarla birlikdə "Fəxri qazaxlılar" parkını ziyarət edib, Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal muzey haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən bu muzeydə nəinki rayon sakinləri, eləcə də rayonumuza gələn qonaqlar Qazaxın tarixi şəxsiyyətləri, şairləri, yazıçıları, saz-söz adamları haqqında dolğun məlumatlar əldə edirlər. Bildirib ki, 5 iyul 2013-cü ildə Respublika Prezidenti İlham Əliyev iştirakı ilə istifadəyə verilən bu muzey qazaxlı ziyalılara verilən ən yüksək qiymətdir.

Qonaqlara Respublika Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı yubiley tədbirinə xüsusi hazırlıq işlərinin görüldüyünü də bildiriblər.

Sonra rayon rəhbəri və qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Vətən oğullarının adı və şəkli əks olunmuş löhvə önündən keçən qonaqlar şəhidlərimizin əziz xatirələrini yad edib, dərin ehtiramlarını bildiriblər. Qonaqlara məlumat verilib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 280-dən artıq şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bildirilib ki, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd olunub ki, son 3 ildə şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılıb, əsaslı şəkildə təmir edilib, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub.

Daha sonra qonaqlar ölkə prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasında olublar. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salaraq Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısı tərəfindən imzalanmış bu tarixi əhəmiyyətli Sərəncamı və Sərəncamda yer alan dəyərli fikirləri Qazax təhsilinə, eləcə də bütün qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndirərək bir daha rayon ictimaiyyəti adından minnətdarlığını çatdırıb.

Qazaxla tanış olan qonaqlar rayonda görülən işləri, bütün sahələrdə olan inkişafı yüksək qiymətləndirdiklərini bildiriblər. Son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində respublikamızın bölgələrində olan inkişafın Qazaxda da öz əksini tapdığını vurğulayıblar.

Fəxri qazaxlılar parkı

Ədəbiyyat Muzeyi




Şəhidlər xiyabanı





Qazax müəllimlər seminariyası




GOYEZEN.AZ



Facebook-da paylaş