Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə
vətəndaş amili dayanır. Son illər həyata keçirilən uğurlu layihələrin,
tədbirlərin, imzalanan fərman və sərəncamların əsasını vətəndaşlar və onların
qayğıları təşkil edir. Bu gün Qazaxda da vətəndaş
mövqeyi daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə demək olar ki, rayon rəhbərinin
iş fəaliyyətinin əsasında rayon sakinləri, onları narahat edən məsələlər və
müsbət həll olunması üçün görülən işlər dayanır. Bunu həftə ərzində sakinlərlə
keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan da aydın şəkildə görmək olar. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Barxudarlı kənd sakini
Əmiraslanov Ceyhun Ruslan oğlu onlara verilən aylıq müavinətin bərpa olunmasına
köməklik olunmasını xahiş edib. Məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq izahat
verilib. Şəhər sakini Yusifova
Xədicə İbrahim qızı mənzillə təmin olunması barədə müraciət edib. Vətəndaşa boş
yer yaranan zaman məsələsinə baxılacağı bildirilib. Şəhər sakini Məmmədrzayeva
Adilə Sladdin qızı müraciətində işlədiyi bağçada dərəcəsinin aşağı düşməsi və
aylıq əmək haqqının azalmasını qeyd edib. Vətəndaşa məsələnin araşdırılacağı
bildirilib və bununla bağlı aidiyyəti şəxsə tapşırıq verilib. Barxudarlı kənd sakini
Musayeva Qəmər Mahir qızı işlə təmin olunması barədə müraciət edib. İxtisasına
uyğun olaraq müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi
tövsiyə olunub. Qazaxbəyli kənd sakini, II
qrup Qarabağ müharibəsi əlili Yusubov Əlövsət Şahvələd oğlu xəstəliyi ilə
əlaqədar göndəriş vərəqəsinin verilməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa
aidiyyəti üzrə müraciət etməsi bildirilib. Eyni zamanda, vətəndaşa köməklik olunması
barədə aidiyyəti üzrə tapşırıq verilib. Şəhər
sakinləri Nəsibova Alisə Fərhad qızının, Məhərrəmova Əfsanə Artel qızının, Abdullayev
Elşad Dövrüş oğlunun, Alpout kənd sakini Qurbanov Sənan Aqif oğlunun müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş