• Təqvim

  • Unutma

  • Maraq



Əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış komissiya üzvləri ilə şəffaflıqla bağlı görüş keçirilib


Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur. Azərbaycanda iqtisadiyyatın inkişafının təməlində isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət, ən əsası dövlət başçısının apardığı islahatlar dayanır.

Bu gün sevindirici haldır ki, ölkəmizin regionlarında, şəhər və qəsəbələrində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Qazax rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Qazaxın sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Ölkə başçısının uğurla həyata keçirdiyi məqsədyönlü işlərdən biri də vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlardır. Respublika Prezidenti İlham Əlieyvin tapşırığına əsasən bölgələrdə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerləri də bu istiqamətdə görülən işlərin ən bariz nümunəsdir. Təqdirəlayiq haldır ki, Qazaxda yaşayan rayon sakinləri də dövlət başçısının onlar üçün yaratmış olduğu imkanlardan bəhrələnə bilirlər. Ötən illərdə olduğu kimi, bu il də rayon sakinləri müvəqqəti iş yerləri ilə təmin olunacaqlar.

Bu gün rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə işin təşkilində neqativ hallara yol verilməməsi məqsədilə yaradılmış komissiya üzvləri ilə görüş keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları rəhbərlərinin, komissiya üzvlərinin iştirakı ilə keçirilən görüşdə bu sahədə şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən söhbət açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən rayon ərazisində əhalinin məşğulluğunun artrılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə görə ölkə başçısına rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Əhalinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlmiş bu layihənin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük rəğbət hissi ilə qarşılandığını qeyd edib. Rayon rəhbəri bildirib ki, ölkə başçısının tapşırığına əsasən rayonda müvəqqəti iş yerləri ilə bağlı xüsusi komissiyanın yaradılmasında əsas məqsəd bu sahədə olan şəffaflığı təmin etmək, görülən işləri ölkə rəhbərinin istəyinə uyğun olaraq həyata keçirməkdir.

Sonra komissiya üzvləri ilə bu sahədə görülməsi nəzərdə tutulan işlər müzakirə olunub. Komissiya üzvlərinə müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin yüksək səviyyədə təşkil olunması, nizam-intizam qaydalarına əməl edilməsi, bütün təxirəsalınmaz tədbirlərin görülməsi, ən əsası da şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlar verilib. Sonda bu sahədə görüləcək işlər müazirə edildikdən sonra komissiya üzvləri tərəfindən qərar qəbul olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş