Qazax məktəbləri də “Yaşıl məktəb” aksiyasına qoşulub
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən etibarən "Yaşıl
məktəb” aksiyasına start verib. Aksiya çərçivəsində ölkənin regionlarında
yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və
məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri
aparılır. "Yaşıl məktəb” aksiyasının məqsədi
ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji
mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır. Bu gün Qazax məktəbləri də "Yaşıl məktəb” aksiyasına qoşulub. S.Vurğun adına şəhər 2
nömrəli tam orta məktəb, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəb, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb, Z.Mahmudov adına Yuxarı
Salahlı kənd tam orta məktəb, N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta
məktəb, Aslanbəyli kənd tam orta məktəb, R.Mirzəliyev adına Alpout kənd tam
orta məktəb, A.Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəb, Ş.Şahvələdov
adına Xanlıqlar kənd tam orta məktəb, Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta
məktəb, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəb, A.Əmilov
adına Daş Salahlı kənd 1 saylı tam orta məktəb, E.Qurbanov adına Dəmirçilər
kənd tam orta məktəblərdə ağacəkmə aksiyası keçirilib. Şəhər və kənd məktəbləri
daxil olmaqla 13 məktəb üzrə 520 ədəd ağac əkilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı ilə birlikdə S.Vurğun
adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən "Yaşıl məktəb” aksiyasında
iştirak ediblər. Ağac əkərək bu cür aksiyaların böyük əhəmiyyət daşıdığını bildiriblər. Sonra
rayon rəhbəri cari ilin mart ayının 12-də görkəmli Xalq yazıçısı İsmayıl
Şıxlının 100 illiyi münasibətilə məktəbin həyətində salınmış bağda olub,
ağaclara göstərilən qulluqla maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, əkilmiş
ağaclara vaxtlı-vaxtında qulluq edilir. Daha
sonra rayon rəhbəri məktəbin müəllim kolektivi ilə görüşüb, səmimi söhbət edib.
Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd
edib ki, bu gün ölkəmizdə təhsilə olan qayğının ən bariz nümunəsi respublikamızda
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunmasıdır. Bu
ilin 4 fevralında açılışını etdiyimiz 2 nömrəli məktəb də bu dediklərimizin əyani
sübutudur. Bu gün məktəbdə müəllim-şagird kollektivi üçün hər cür şərait
yaradılıb. Bu, isə o deməkdir ki, ölkəmizdə təhsilə olan qayğı hər zaman yüksək
səviyyədə olub və bundan sonra da olacaqdır. Məktəb
direktoru Murğuz Musatafayev çıxış edərək təhsil sahəsinə, müəllimlərə, şagirdlərə
göstərilən diqqət və qayğıya, yeni məktəb binasının əsaslı tikintisinə görə ölkə
başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından bir daha minnətdarlığını
bildirib. Bu gün keçirilən aksiyada yaxından iştirak etdiyinə görə rayon rəhbərinə
təşəkkürünü çatdırıb. Məlumat üçün qeyd edək ki, aksiya aprelin
sonunadək davam edəcək. GOYEZEN.AZ
Facebook-da paylaş