İcra başçısı körpə fidanların Novruz bayramını təbrik edib
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da Novruz bayramı təntənə
ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında Novruz
bayramına həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Novruz bayramı münasibətilə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında
olub, körpə fidanların bayramını təbrik edib. Bayram münasibətilə səmimi təbriklərini çatdıran rayon
rəhbəri qeyd edib ki, "Uşaqlar bizim gələcəyimizdir”, - deyən ulu öndər Heydər
Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham
Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb
binaları, uşaq bağçaları tikilib körpə fidanların istifadəsinə verilir. Bunun nəticəsidir
ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır. Bağça müdiri İradə Mustafayeva Qazaxda böyüməkdə
olan gənc nəslə göstərilən diqqətə, qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə
valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlığını
bildirib. Qeyd edib ki, bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların
sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Mübaliğəsiz olaraq
deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı bağçalar arasında heç bir fərq
yoxdur. Son 3 ildə bağçalarda yaradılan şəffaflıq bu uşaq müəssisələrinin gündəlik
fəaliyyətinə müsbət təsirini göstərmiş və bağçalar sözün əsl mənasında
uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilib. Rayon rəhbərinin bu gün körpə
balaları təbrikə gəlməsini yüksək qiymətləndirən bağça müdiri bu iştirakın
uşaqlara olan sonsuz qayğının əyani təzahürü olduğunu bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş