Çoxmənzilli binaların təmiri uğurla davam etdirilir
Bu gün Qazax rayonunda
bütün sahələrlə yanaşı, ölkə rəhbərinin müvafiq Sərəncamlarına əsasən çoxmənzilli
binaların əsaslı təmir olunması sahəsində də məqsədyönlü işlər görülür. Bu
sahənin daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından
artıq 100-dən çoxu təmir olunan binalar sırasındadır. Son 3 ildir ki, çoxmənzilli
yaşayış binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki,
hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5
mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179
saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq
küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə
alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5
mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb. Təmir
işləri başlayan ilk gündən çoxmənzilli binalarda görülən işləri daim diqqət
mərkəzində saxlayan rayon rəhbəri mütəmadi olaraq həmin binalarda olur, işlərin
keyfiyyəti ilə maraqlanır. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Azadlıq küçəsi 107, Heydər Əliyev prospektində
yerləşən 173 və 175 saylı binalarda aparılan abadlıq işləri ilə tanış olub. Rayon
rəhbərinə bildirilib ki, bütün binalarda işlərin böyük hissəsi görülüb, demək
olar ki, yekunlaşmaq üzrədir. Blokların əksəriyyətində alt və üst suvaq
vurulub, boyaq işlərinə tam hazırdır. Eyni zamanda, binanın xarici fasadında
alt suvaq vurulub, hazırda üzlük vurulması işlərinə başlanılıb. Sonra icra başçısı dam
örtükləri dəyişdirilən Azadlıq küçəsi 32 və 33 saylı binalarda da olub. Görülənişlərin keyfiyyəti ilə maraqlanıb, lazımi
tapşırıq və tövsiyələrini verib. Bina
sakinləri Qazaxda görülən genişmiqyaslı işləri, vətəndaşların
yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri,
xüsusilə də yaşadıqları çoxmənzilli binaların təmirini yüksək
qiymətləndirdiklərini qeyd ediblər və buna görə ölkə rəhbəri İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.Heydər Əliyev prospekti 173 saylı bina
Azadlıq küçəsi 107 saylı bina
Heydər Əliyev prospekti 175 saylı bina
Azadlıq küçəsi 33 saylı bina
Azadlıq küçəsi 32 saylı bina
Facebook-da paylaş