Xanlıqlar kəndində səyyar görüş keçirilib
Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də daim diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə şəhərdə, kəndlərdə sakinlərlə keçirilən səyyar görüşlər
artıq bir ənənə halını alıb. Bu cür görüşlərin keçirilməsində isə əsas məqsəd
sakinləri narahat edən məsələləri dinləmək, yerindəcə həlli istiqamətində
tapşırıqlar vermək, ən əsası da dövlət tərəfindən onlara hər zaman diqqət və
qayğı göstərildiyini çatdırmaqdır. Bu gün icra başçısı tərəfindən keçirilən növbəti səyyar görüş Xanlıqlar kəndində olub. Aidiyyəti
idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə həmişə
olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə
qarşılayıblar. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə
başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci
dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Görüşümüzün məqsədi həmişə
olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli
istiqamətində əməli işlər görməkdir. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və
tövsiyələrə uyğun olaraq hər həftə keçirilən görüşlərin təşkil olunması bir məqsəd
daşıyır ki, onun da təməlində siz sakinlər və qayğılarınız dayanır. 2018-ci
ildə kənd sakinləri ilə iyirmi dəfədən çox görüş keçirdiyini qeyd edən rayon
rəhbəri bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri
öyrənmək olduğunu bildirib.
İcra başçısı ölkə prezidentinin rəhbərliyi altında son illər həyata
keçirilən genişmiqyaslı quruculuq işlərinin Qazaxda da uğurla həyata
keçirildiyni qeyd edib. Rayonda nəinki abadlıq işləri aparıldığını, eləcə də
bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu bildirib. Vurğulayıb ki, bunu
rayonda inşa olunan sosial obyektlərin sayının artmasından, kənd təsərrüfatının
ildən-ilə inkişaf etməsindən, əkin sahələrinin artırılmasından, təhsil,
səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz
nailiyyətlərdən də aydın şəkildə görmək olar. Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri ölkə
başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanları bu istiqamətdə görülən
işlərin bariz nümunəsi kimi dəyərləndirib. Bundan əlavə, əhalinin maddi
rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan
rayon rəhbəri istər təqaüdlərin, istər əməkhaqqının artırılması ilə bağlı
imzalanan Sərəncam və Fərmanları bu sahədə görülən işlərin əyani sübutu
olduğunu bildirib. Görülən bütün işlərin mərkəzində həmişə vətəndaş amilinin
dayandığını qeyd edib. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində dövlət başçısı tərəfindən
görülən işlərdən və bu sahəyə xüsusi diqqətin ayrılmasından söz açan rayon
rəhbəri ölkə başçısının tapşırığına əsasən 290 nəfər rayon sakininin ictimai
işə cəlb olunduğunu qeyd edib. Həmin işçilərin böyük əksəriyyətinin şəhərin
təmizliyinə xidmət göstərdiyini vurğulayıb. Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların
yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə
bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü
işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə
yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu
olduğunu bildirib. Qeyd edib ki, bu il daha bir yolun - uzunluğu 16
km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən
qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi
deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu
çəkilərək sakinlərin istifadəsinə verilib. Daş Salahlı kəndində uzunluğu
11,5 km olan yeni asfalt yolun çəkilişi isə davam edir. İcra başçısı qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına
ehtiyac var ki, həmin kəndlərdən biri də Xanlıqlar kəndidir. Bu kəndin yolunun
yenidən qurulması da nəzərdə tutulub.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən
söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, həmin
təmirli bağçalardan biri də bu gün qarşısında görüş keçirdiyimiz Xanlıqlar kənd
körpələr evi-uşaq bağçasıdır. Hər kəsə yaxşı məlumdur ki, bağçanın vəziyyəti
heç də ürəkaçan deyildi. Uşaqlarımız və müəllimlər əziyyət çəkirdilər. Lakin
biz ölkə başçısının uşaqlara olan diqqəti və qayğısı sayəsində bu bağçanı
əsaslı şəkildə təmir etdirdik və körpə fidanların istifadəsinə verdik. Rayon
rəhbəri vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də
davam etdiriləcəkdir. Rayonda daha 6 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı
Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində
1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. İcra başçısı bu gün
bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların ərzaq təminatına da böyük önəm
verildiyini qeyd edib. İstər şəhər, istərsə də kənd bağçalarında uşaqlara
yeməklərin hazırlanmış xüsusi menyu əsasında verildiyini diqqətə çatdırıb. Təhsil sahəsində qazanılan nailiyyətlərdən danışan icra başçısı
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin rayonda uğurla icra
edildiyini qeyd edib. Həmin layihənin əyani sübutu kimi əsaslı şəkildə yenidən
qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin
istifadəsinə veriməsini nümunə göstərib. Bundan əlavə, "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin
29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki,
həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə
etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd
tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd
tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin,
İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam
orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin,
məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib. Dövlət Proqramına uyğun
olaraq bu ildən təmir-tikinti işlərinə başlanılacağını qeyd edib. Təhsil sahəsinə
göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına qazaxlı ziyalılar, rayon
ictimaiyyəti adından minnətdarlığını çatdırıb. Rayon rəhbəri vurğulayıb ki, sevindirici haldır ki, məktəblilərimiz də
əldə etdikləri uğurlarla təhsil sahəsinə olan qayğını doğrultmağa çalışırlar. Bu
il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri
arasında 3-cü yerdə dayanması bunu bir daha sübut etdi. Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda bir məsələnin - su-kanalizasiya
sisteminin köklü şəkildə həllinə böyük ehtiyac vardı ki, həmin məsələ də ölkə
başçısının diqqəti, qayğısı sayəsində öz müsbət həllini tapır, su-kanalizasiya
sistemi yenidən qurulur. Bunun üçün lazımi işlərin görüldüyünü qeyd edən icra
başçısı bununla bağlı layihənin təqdimat mərasiminin keçirildiyini də diqqətə
çatdırıb. Ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon
rəhbəri bu qayğının bütün bölgələrimizdən, o cümlədən Qazaxdan da yan
keçmədiyini vurğulayıb. 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının
tikintisini, xüsusən də 5 korpusun tam hazır vəziyyətə çatdırılmasını rayon
sakinlərinə olan qayğının, diqqətin əyani təzahürü kimi qiymətləndirib. Əlavə 5
korpusun inşasının da nəzərdə tutulduğunu bildirib. İcra başçısı Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun
çəkilməsini qeyd edərək rayonda yeni iş yerlərinin yaradılması istiqamətində
həyata keçirilən tədbirlərin əyani göstəricisi kimi qiymətləndirib. Bundan əlavə, "Saloğlu”
fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını da bu istiqamətdə
görülən işlərə nümunə göstərib.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su
probleminin də tədricən aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu
sahəyə olan qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta
Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli suçəkildiyini qeyd edib. 2017-2018-ci illərdə rayonda su ilə bağlı görülən
işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu
addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam
etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli
Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama əsasən rayonun Cəfərli,
Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı,
Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç
bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən
işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım,
Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa
çatdığını qeyd edib. Xanlıqlar kəndində də bu sahədə görüləcək işlərdən danışıb,
xüsusilə də təzə məhəlləyə qaz və elektrik enerjisinin çəkilməsi üçün lazımi
işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, -
deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib,
qayğıları ilə maraqlanıb. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Sakinlərdən Pakizə
Məmmədova nəvələrinin qəyyumluğunun analarına qaytarılması, Alı Şahvələdov işlədiyi
müəssisədən müavinətin alınmasına köməklik olunması, Şabo Vəliyev mərhum
bacısının qızının və oğlunun, Mehparə Eyyubova isə özünün işlə təmin olunmalarına
köməklik göstərilməsi, Zöhrə Cəfərova isə fərdi şəkildə qəbul olunması barədə
müraciət ediblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətləri
diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində
aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd
sakinlərinə gələcək işlərində uğurlar arzulayıb. Görüş başa çatdıqdan sonra rayon rəhbəri bağçada uşaqlarla görüşüb, ərzaq
təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb. GOYEZEN.AZ
Xanlıqlar kənd tam orta məktəbin direktoru Şofiq Qədimov, məktəbin biologiya
müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova çıxış edərək rayonda həyata
keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə,
mədəniyyət, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısına, rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin
minnətdarlıqlarını bildiriblər.
Facebook-da paylaş