Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün tam əminliklə qeyd edə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı,
ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili də daim diqqət
mərkəzində saxlanılır. Son iki il yarımda icra başçısı tərəfindən keçirilən
səyyar görüşlər, fərdi qəbullar, eləcə də vətəndaşların istəyini nəzərə alaraq
yerində baxış keçirilməsi rayonda vətəndaşlara olan qayğının bariz nümunəsidir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana
çəkməsinin nəticəsidir ki, artıq keçirilən fərdi qəbullar bir ənənə halını
alıb. Bu cür fərdi qəbulların keçirilməsində isə əsas məqsəd vətəndaşları
narahat edən məsələləri dinləmək və öz müsbət həllini tapmasına nail olmaqdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də
bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini
dinləyib. Şəhər sakinləri
təqaüdçü, ağır atletika üzrə ilk SSRİ idman ustası Əlizadə Yusif İsmayıl
oğlunun və Əfəndiyev Orxan Osman oğlunun mənzillə təmin olunması barədə
müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını
bildirib. Ağköynək kənd
sakini Şabanova Tahirə Elman qızının və Alpout kənd sakini, II qrup Qarabağ
müharibəsi əlili Məmmədov Xıdır Hüseynqulu oğlunun işlə təmin olunmaları barədə
müraciətlərinə baxılacağı qeyd olunub. Kosalar kənd
sakini Kazımlı Fazil İkram oğlu həyat yoldaşı Kazımlı Gülnarə Maarif qızı ilə
birlikdə evlərinin dam örtüyünün təmirinə köməklik olunmasını bildiriblər.
Vətəndaşların istəyini diqqətlə dinləyən icra başçısı onlara köməklik olunması
barədə aidiyyəti üzrə tapşırıq verib. Xanlıqlar kənd
sakini Yolçuyev Qabil David oğlu isə müraciətində sahibkarlıqla məşğul olmaq
üçün "Özünüməşğulluq” layihəsində iştirakına köməklik edilməsini bildirib.
Rayon rəhbəri vətəndaşın istəyini nəzərə alaraq Məşğulluq Mərkəzinə müraciət
etməsini bildirib və məsələnin həll olunması üçün aidiyyəti üzrə göstəriş
verib. Şəhər sakinləri
Əhmədov Famil Əli oğlunun, Əhmədov Məzahir Mais oğlunun, Quliyeva Ayna Kazım
qızının, Əliyeva Yeganə Telman qızının, Ağköynək kənd sakini Hacalıyev Şofiq
Əhməd oğlunun, Kosalar kənd sakini Qasımova Zəminə Heydər qızının, Aşağı
Salahlı kənd sakini Məmmədova Şəhla Üzeyir qızının, Quşçu Ayrım kənd sakini
Cəfərova Vəfa Oktay qızının müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş