• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün tam əminliklə deyə bilərik ki, son iki il yarımda Qazaxda bütün sahələrə olduğu kimi, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinə də xüsusi qayğı ilə yanaşılır, bu sahə daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən fəaliyyətinin əsasında vətəndaş amili dayanır. Məhz bunun nəticəsidir ki, rayon rəhbəri mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirir, vətəndaşları fərdi şəkildə qəbul edir, hətta, vətəndaşın müraciətinə əsasən yaşadıqları ünvana belə gedir. Görülən işlərin, göstərilən diqqət və qayğının kökündə isə bir məsələ dayanır ki, o da vətəndaş məmnunluğunu təmin etməkdir. Vətəndaşları narahat edən məsələlərin öz müsbət həllini tapmasına nail olmaqdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Şəhər sakini Bənnayev İman Müseyib oğlunun, Xanlıqlar kənd sakini Budaqova Aytən Namiq qızının işlə təmin olunması barədə müraciətlərini dinləyən rayon rəhbəri aidiyyəti üzrə tapşırıq verib.

Qarapapaq kənd sakini Hüseynov Sərvaz Pənah oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib.

Şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Həsənov Sadəddin Musa oğlunun, Barxudarlı kənd sakini Əsgərova Ülkər Səyad qızının, Ağköynək kənd sakini Talıbov Fuad Tofiq oğlunun və Bağanıs Ayrım kənd sakini Adıgözəlov Ramiz Hayqaz oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.








GOYEZEN.AZ

 

 



Facebook-da paylaş