2018-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və 2019-cu
ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İcra Hakimiyyətinin akt
zalında keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə
və təşkilatların rəhbərləri, şəhər sakinləri və KİV nümayəndələri iştirak ediblər.Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə
duran məsələlər barədə məlumat verilib. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq
bildirib ki, bildiyiniz kimi, hər il görülmüş işlərə və qarşıda duran vəzifələrə
dair geniş hesabat yığıncaqları keçirilir. İstər şəhər, istərsə də kənd
İnzibati Ərazi Dairələri üzrə keçirilən bu hesabat yığıncaqlarının əsas məqsədi
rayonda görülmüş işlərə qiymət vermək, mövcud vəziyyəti öyrənmək və nəzərdə
tutulan işlərə öz münasibətimizi bildirməkdir. Görüləcək işlərə öz təklif və
istəklərimizi əlavə etməklə rayonumuzun inkişafı naminə daha böyük işlər görməkdir. İcra
başçısı vurğulayıb ki, bu gün Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi
həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz
dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini
tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən
yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.
Bu il aparılan iqtisadi islahatlar gələcəkdə inkişafımız üçün gözəl üfiqlər,
perspektivlər açmışdır.
Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci
ilin ən yaddaqalan əsas hadisələrindən biri isə ötən il aprelin 11-də Azərbaycanda
növbəti prezident seçkilərinin keçirilməsi oldu. Xalqımız demokratiyanın təntənəsinə
çevrilən bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu, bütün
dünyaya respublikamızda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərdi.
Səslərin 86,02% toplayan İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq 7 il
müddətə Azərbaycan Prezidenti seçildi. İcra başçısı qeyd edib ki, bu seçkilərdə
qazaxlılar da həmişə olduğu kimi, bu dəfə də öz sözünü deməyi bacardı, dövlətə
sadiq olduqlarını, dövlət başçısının ətrafında sıx birləşdiklərini bir daha bəyan
etdilər. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Respublika
Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan
icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il
ərzində daha böyük nailiyyətlərə imza atacağından xəbər verir. Vətəndaşların
rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət
proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama
əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb. 2018-ci ildə görülmüş işlərin geniş miqyas aldığını
qeyd edən icra başçısı həmin işlərə bağçaların əsaslı şəkildə yenidən
qurulmasını, çoxmənzilli binaların təmir olunmasını, yeni avtomobil yollarının
çəkilməsini, yeni sosial obyektlərin inşa olunmasını və s. nümunə göstərib. 2018-ci ildə rayonda keçirilən mədəni-kütləvi tədbirlərdən
söz açan rayon rəhbəri 2019-cu ildə də bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini,
bütün tədbirlərin yüksək səviyyədə təşkil olunacağını qeyd edib. İcra başçısı bildirib ki, yola saldığımız 2018-ci
il Qazax
müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə
başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla əlamətdar idisə, yenicə qədəm qoyduğumuz 2019-cu ilin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi
haqqında Respublika Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə
yaddaşlara yazıldı. Bu Sərəncam təkcə 2019-cu ili əlamətdar etmədi, eyni
zamanda, ölkə başçısının qazaxlılara, ziyalılarımıza həmişə qayğı ilə
yanaşdığını bir daha nümayiş etdirdi. Qazax RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsi
Akif Vəliyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə rayonumuzda görülən
işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2018-ci il Qazax şəhəri üçün əlamətdar
olmuşdur. Rayon rəhbərliyinin göstərişi ilə ötən müddət ərzində Qazax şəhərinin
abadlığı, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin,
həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətlərində mühüm işlər həyata
keçirilmişdir. Bildirib
ki, şəhərin əhalisi 21810
nəfər, təsərrüfatı 4723 ailə, fərdi yaşayış evinin sayı 4668 ev, çoxmərtəbəli
yaşayış binalarının sayı 163, ümumi torpaq sahəsi 743 hektar, xüsusi mülkiyyəti
238 hektar, dövlət mülkiyyəti 195 hektar, bələdiyyə torpaqları 310 hektardır.
Ali təhsil müəssisələri Bakı Dövlət Universitetinin Qazax filialı, orta ixtisas
məktəbi – Qazax Dövlət Sosial-İqtisad Kolleci, 7 ədəd tam orta məktəbi, 6 uşaq
bağçası var. Şəhər ərazisində əsrin əvvəlində İsrafil ağa tərəfindən inşa
edilmiş Məscid, hamam fəaliyyət göstərir. 1918-1959–cu illərdə fəaliyyət göstərmiş
Qazax müəllimlər seminariyasının inzibati binası vardır. Çingiz Ağa tərəfindən
inşa etdirilmiş hazırda isə şəhər poliklinikası kimi fəaliyyət göstərən tarixi
bina, şəhərdə görkəmli şəxsiyyətlərin, şair və yazıçıların büstləri olan Mütəfəkkirlər
parkı, şəhərdə şəhidlərin xatirə kompleksi, 1941-1945–ci illər Böyük Vətən
Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi, şəhidlərin
xatirəsinə inşa edilmiş 13 bulaq kompleksi vardır. Qeyd edib ki, Qazax şəhərində yerləşən çoxmənzilli binaların təmiri
ilə əlaqədar Respublika Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə
ayrılmış vəsait hesabına Qazax şəhərində 5 binanın - H.Əliyev prospekti bina
60, 64, Bakı küçəsi bina 1, Azadlıq küçəsi bina 92 və N.Nərimanov yaşayış
massivindəki 45 nömrəli binaların dam örtükləri dəyişdirilmiş, blok və
fasadlarında əsaslı təmir işləri görülərək suvanmış, rənglənmiş, həyətlərində
abadlıq və quruculuq işləri görülmüşdür. Ümumilikdə,
Qazax şəhəri üzrə 2018-ci ildə Mənzil İstismar Sahəsinin balansında olan 55 ədəd
və hərbinin balansında olan 6 ədəd binaların dam örtüyü dəyişdirilmiş, 22
binanın fasadında, blokunda, pilləkan qəfəslərində su-kanalizasiya, elektrik,
rabitə və qaz xətlərində əsaslı təmir işləri görülmüş, binalarda rənglənmə və həyətlərində
abadlıq işləri aparılaraq 3 ədəd xeyir-şər evi yüksək səviyyədə tikilərək
sakinlərin istifadəsinə verilmişdir. 2018-ci
il ərzində Qazax şəhəri H.Əliyev prospektində Azadlıq, S.Vurğun, Vaqif,
Z.Tağıyev, Ə.Dilbazi, Vidadi, H.Arif, Ə.Şıxlinski küçələrində və N.Nərimanov
yaşayış massivi də daxil olmaqla, cəmi 11 küçədə asfalt beton örtüyü əsaslı təmir
olunmuş və yolun hərəkət zolaqlarının və piyada keçidlərinin xətlənməsi işləri
görülmüşdür. Ümumiyyətlə, 2018-ci ildə uzunluğu
2010 m olan 13 küçədə yollar
çınqıl örtüyü ilə təmir olunmuşdur. Hal-hazırda uzunluğu
9500 m olan 25 küçədə
yolların çınqıl örtüyü ilə təmir olunması davam etdirilir. 2018-ci ildə şəhər
üzrə 6 uşaq bağçasından 2,3 və 4 saylı bağçada əsaslı təmir işləri aparılmış, 3
saylı bağçada əlavə yardımçı binalar tikilib istifadəyə verilmişdir. 6 saylı
bağçada isə əsaslı tikinti və təmir işləri aparılmış, 1 ədəd yardımçı otaq
tikilməklə körpə fidanların istifadəsinə verilmişdir. Azərbaycan
Respublikası Nazirlər kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 saylı Sərəncamına
uyğun olaraq köhnə mərkəzi rayon xəstəxanası sökülərək yerində yeni 145
çarpayılıq mərkəzi rayon xəstəxana kompleksində son tamamlama işləri gedir, əlavə
5 korpusun tikintisinə 2019-cu ildə başlanılacaq. Hazırda
S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbində əsaslı təmir və yenidən
qurma işləri tam başa çatmışdır. Hesabat
ilində Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində təmir işləri aparılmışdır.
BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə
Ə.Şıxlinski küçəsi 18 A ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Belə ki,
hamınıza məlumdur ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilmişdir. Bu məqsədlə Qazax şəhərində
Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə şəhərin H.Əliyev prospektində
1 ədəd bulaq-abidə kompleksi tikilmişdir. Bundan başqa, şəhidlərimizin xatirəsinə
M.Ə.Rəsulzadə küçəsində 2 ədəd, Şəhidlər xiyabani küçəsində 1 ədəd, cəmi 3 ədəd
bulaq-abidə kompleksi tikilmişdir. Hesabat ilində Qazax şəhərində 4 ədəd bulaq
kompleksi tikilərək şəhidlərimizin adları əbədiləşdirilmişdir. Qazax
şəhərində görülmüş geniş quruculuq abadlıq işləri şəhərin demək olar ki, hər
yerində aparılmış, şəhərin H.Əliyev prospektində 2017-ci ildə yarımçıq qalmış
işlər davam etdirilmiş, yaşıl ağac və gül kolları əkilmiş, prospekt boyu
hasarlar sökülərək yenidən tikilmiş, suvanaraq rənglənmiş, 33 çoxmənzilli
binaların dam örtüyü dəyişdirilmişdir. Bundan başqa, şəhərin giriş hissəsində, Mütəfəkkirlər
parkında, Ş.Xiyabani və S.Vurğun küçələrində abadlıq, quruculuq işləri
aparılmışdır. Hesabat
ilinə ümumilikdə nəzər salsaq görərik ki, şəhərdə il ərzində 25603 kv.m dam
örtüyü dəyişdirilmiş, 29620 kv.m evlərin və hasarların fasad hissələri
suvanaraq rənglənmiş, 294 kv.m hörgü işləri aparılmış, 4 ədəd yeni
darvazalar qoyulmuş, 36 ədəd dəmir darvazalar təmizlənərək yenidən rənglənmiş,
küçə və prospekt boyunca 1456 p/m uzunluğunda mərmər bardürlər, 620 p/m yeni
sadə bardürlər düzəlmiş, 7947 kv.m səkilərə yeni tamet daşları vurulmuşdur. 3762 ədəd
ağac və gül kolları əkilmiş, 2550 kv.m küçə və parklarda yaşıl ot
örtüyü düzülmüşdür. Hesabat dövründə 24 bina əvəzinə şəhərin N.Nərimanov
qəsəbəsində 32, N.Nərimanov küçəsində 1, Azadlıq 2, Bakı 1, H.Əliyev 3, Ə.Şıxlinskidə
2, H.Arif küçələrində 4, cəmi 45 çoxmənzilli binalarda əsaslı təmir işləri
aparılmışdır. Həmin binaların dam örtüklərinə yeni dəmir cerepitsalar vurulmuş,
üzlük aqlay daşları sürtülmüş və ya yenisi ilə əvəz olunmuşdur. Bloklara yeni dəmir
seyf qapıları qoyulmuş, pəncərələr plastik pəncərələrlə əvəz olunmuşdur. Həyətlərdə
abadlıq işləri aparılmış, asfalt beton örtüyü qoyularaq binaların tikildiyi
gündən heç vaxt təmir olunmamış binalara yeni görkəm verilmişdir. Şəhərimizin H.Əliyev
prospektində Dədə Ələsgər və Dədə Şəmşirin büst abidə kompleksi qoyularaq
onların xatirələri yad edilmişdir. Qəbiristanlıqda həmyerlimiz Aşıq Ədalət Nəsibovun
qəbirüstü götürülərək büst abidə kompleksi qoyulmuşdur. 2018-ci ildə əlavə olaraq məktəbəqədər uşaq
müəssisələri üzrə 8 qrup açılmışdır (3 böyük qrup 60 uşaq, 5 kiçik qrup 75
uşaq). Bu da 135 uşaq əlavə yer deməkdir. Ümumiyyətlə, 2017-ci ildə uşaqların
sayı 380 nəfər olduğu halda 2018-ci ildə 515 nəfər təşkil etmişdir. Çalışan
işçilərin sayı 42 nəfər artaraq 150 nəfər olmuşdur. Bütün
bunlarla yanaşı gündəlik işlərimiz də diqqət mərkəzində saxlanılır, şəhər ərazisində
fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz işlərini günün tələbləri səviyyəsində
qurmağa çalışırlar. Belə ki, Qazax şəhərinin yaşıllıq və təmizlik sahəsinə xidmət
göstərən Qazax şəhər Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri
səviyyəsində quraraq gündəlik şəhərin təmizlik işləri ilə məşğul olur. Ümumilikdə Kommunal Müəssisələri Kombinatında
təmizlik sahəsində 57, yaşıllıq sahəsində isə 12 nəfər işçi çalışır. Bundan
başqa, ölkə prezidentinin göstərişi ilə KMK-na 2018-ci ildə 240 nəfər əlavə
ictimai işçilər götürülmüşdür. Bütün bu işçilərin hər biri şəhərin yaşıllıq və
təmizlik işləri ilə məşğul olur. Görülən
işlərin içərisində ən önəmlilərindən biri şəhərdə gündəlik növbətçiliyin təşkilidir.
Belə ki, növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından
başlayaraq gecə saat 12:00 radələrinə qədər təmizliyin qorunub saxlanması işləri
diqqət mərkəzində olur. Zibil paliqonunda həftədə bir dəfə traktorla təmizlik
işləri aparılır ki, bu da işlərin gedişinə öz təsirini göstərir. Ümumiyyətlə,
Kommunal Müəssisələri Kombinatı daim öz işini günün tələblərinə uyğun olaraq
qurmağa çalışır. Şəhərdə təmizliyin və yaşıllığın qorunub saxlanması üçün əlindən
gələni etmiş və bu işləri daim diqqətdə saxlayaraq əlavə olaraq rayon rəhbərliyi
və şəhər nümayəndəliyi tərəfindən verilən bütün tapşırıqlara məsuliyyətlə
yanaşmışdır. Qazax
şəhəri ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar Sahəsi 157
binaya xidmət edir. Həmin binalarda 1901 mənzil vardır. 2018-ci ildə balansda
olan binalarda N.Nərimanov yaşayış massivində 32 binada, ümumiyyətlə Nərimanov
qəsəbəsində yerləşən 44 binadan 42-də dam örükləri dəyşdirilmiş, fasad və
blokları suvanıb rənglənmişdir. Bundan başqa, H.Əliyev prospektində 3 ədəd,
Ə.Şıxlinski 2, H.Arif 4 ədəd çoxmənzilli binalarda dam örtükləri, fasad və
blokları əsaslı təmir edilmişdir. Ümumilikdə, 2018-ci ildə Qazax şəhər Mənzil
İstismar Sahəsinin balansında olan 157 binada, balansda olmayan 6 ədəd,
ümumilikdə cəmi 163 çoxmənzilli binalardan bu günə kimi 115 binada əsaslı təmir
işləri aparmış və dam örtükləri dəyişdirilmişdir. Şəhərdə yerləşən daha 48 çoxmənzilli
yaşayış binasında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub ki, bu işlər
2019-cu ildə tam başa çatdırılacaqdır. Əhalinin
qaz yanacağı və elektrik enerjisi ilə təmin edilməsi sahəsində də hesabat ilində məqsədyönlü işlər görülmüşdür. Vətəndaşlarla
iş dövlət hakimiyyət orqanlarının, onların yerli strukturlarının fəaliyyətinin
mühüm tərkib hissəsidir. Hesabat
ilində şəhər nümayəndəliyinə 3356 nəfər vətəndaş müraciət etmişdir. Onların
böyük bir qismi, yəni 3351 nəfəri idarə, müəssisə və təşkilatlara təqdim etmək
məqsədilə müxtəlif məzmunda arayışların verilməsi tələbi ilə bağlıdır. Qazax
RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinə hesabat ilində vətəndaşlardan 8 ərizə, idarə,
müəssisə və təşkilatlardan isə 37 məktub və s. sənəd daxil olmuşdur. İdarə, müəssisə
və təşkilatlara 89 məktub göndərilmişdir. Vətəndaşların ərizələri əsasən qonşu
mübahisələri, su-kanalizasiya, qaz xətlərinin çəkilməsi və s. sosial problemlərlə
bağlı olmuşdur. Bu müraciətlər aidiyyəti təşkilatlarla birlikdə araşdırılaraq
lazımi tədbirlər görülmüşdür. Şəhər sakinlərindən
rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, S.Əfəndiyev adına şəhər 1
nömrəli tam orta məktəbin direktoru Bəsti Ələkbərova, M.Hüseyn adına məktəb-liseyin
direktoru Tahirə Comərdova, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin
direktoru Nəsibə Tağıyeva, Qazax rayonlararası Ruhi xəstəxananın baş həkimi
Ramiz Mansurov, şəhər 6 saylı bağçanın tərbiyəçisi Səlimə Mustafayeva, şəhərdə
təmir olunmuş çoxmənzilli binalarda yaşayan sakinlərdən – N.Nərimanov yaşayış
massivində 1 saylı binada yaşayan Cəfər Həsənov, N.Nərimanov qəsəbəsində
yaşayan Mustafa Mustafayev, Ə.Şıxlinski küçəsində yaşayan sakinlərdən Nailə
Əliyeva, Pərnisə Qədimova, şəhid ailələrindən Qəndab Hüseynova, Kifayət
Mustafayeva, Qarabağ müharibəsi əlili Rəşad Qocayev və başqaları söz alaraq şəhərdə
görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Prezident
İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova şəhər sakinlərinin sonsuz təşəkkürlərini çatdırıblar.
Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə
uğurlu nəticələrin əldə olunduğunu qeyd edərək bu sahədə görülən işləri yüksək
qiymətləndiriblər. Respublikamızda, eləcə də rayonumuzda şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə, veteranlarına, məcburi köçkün ailələrinə göstərilən
diqqət və qayğıdan danışan sakinlər ölkə başçısının imzaladığı Fərman və Sərəncamların
bu sahədə atılan uğurlu addımların bariz nümunəsi olduğunu qeyd ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq 2019-cu
ildə qarşıda daha böyük vəzifələrin olduğunu bildirib. Hesabat ilində icra
nümayəndəliyinin gördüyü işləri yüksək qiymətləndirən rayon rəhbəri növbəti illərdə
də daha böyük səylə çalışmalarını bildirib və şəhər nümayəndəliyinin
kollektivinə, aidiyyəti xidmət təşkilatlarına uğurlar arzulayıb. GOYEZEN.AZ
İcra başçısı qeyd edib ki, ölkəmizdə olan dinamik inkişafı 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş
iclasındakı çıxışından, yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda
səslənən dəyərli fikirlərdən bir daha aydın şəkildə gördük. İclasda dövlət
başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün
sahələrdə dinamik inkişafın təmin olunduğunu, Azərbaycanın həyatın bütün
sahələrində inkişaf etmiş ölkə olduğunu qazandığı uğur və nailiyyətləri ilə
nümayiş etdirdi.
Facebook-da paylaş