Orta Salahlı kənd icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib
Bu
gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Orta Salahlı kənd İnzibati Ərazi
dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə
qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev və kənd sakinləri iştirak
ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə
duran məsələlər barədə məlumat verilib.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat
yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil
Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirilən bütün işlərdə uğurlar
arzulayıb. Qeyd edib ki, bu gün tam
əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz
bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə
kimi dünya miqyasında özünü təsdiqləyib. Beynəlxalq mövqelərimiz daha da
möhkəmlənib. Azərbaycan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında
beynəlxalq aləmdə layiqli yerini tuta bilib. Sevindirici hal isə odur ki, bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonlarını, şəhərlərini,
qəsəbələrini və kəndlərini əhatə edib. 2018-ci ilin ölkəmiz və xalqımız
üçün uğurlu bir il olduğunu qeyd edən birinci müavin bildirib ki, bu gün bölgələrimizdə
olan dinamik inkişafı Qazax rayonunun timsalında daha aydın şəkildə görmək
olar. Belə ki, son iki il yarımda həyata keçirilən genişmiqyaslı
tikinti-quruculuq işləri, sosial layihələr, elm, təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər həmin inkişafın bariz
nümunəsidir.
Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq həyata keçirilən işlərin böyük miqyas aldığını qeyd
edən birinci müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng
zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən
tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı
Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq
işlərinə nümunə göstərib və 2018-ci ilin uğuru kimi dəyərləndirib.
Respublikamızda, eləcə də bölgələrimizdə
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən
danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun
adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi
qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin - Kosalar, Kəmərli,
Qaymaqlı kənd məktəblərinin əsaslı şəkildə yenidən qurulması nəzərdə
tutulub. Birinci müavin Orta Salahlı kənd tam orta məktəbin də əsaslı
şəkildə təmir olunması üçün lazımi tədbirlərin görüldüyünü və növbəti illərdə
dövlət proqramına salınacağını qeyd edib.
Bildirib ki, bu il qəbul imtahanlarının nəticələrinə
görə Qazax rayonunun respublika məktəbləri arasında 3-cü yerdə dayanması,
qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri
tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən qayğının öz
bəhrəsini verdiyini bir daha sübut etdi. Əldə olunan bütün uğurlar onu deməyə
əsas verir ki, çəkilən zəhmətin bəhrəsi heç vaxt itmir. M.Alıyev vurğulayıb ki,
yola saldığımız 2018-ci il həm də ölkəmizdə elmin, təhsilin inkişafında xüsusi
rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə yadda qaldı. Qazax
Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə
başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla ötən il daha
əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman
ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib.
M.Alıyev bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlının
100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidenti İlham
Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalaması Qazax ziyalılarına
verilən yüksək dəyərlə yanaşı, bu ilin uğurlu bir il olmasından da xəbər verir.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və
qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması
üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25
bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd
edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də
davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu
bildirən birinci müavin Qazaxbəyli kənd uşaq bağçasının da həmin bağçalar
sırasında olduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə
bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Orta Salahlı kəndidir.
Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin
görülməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını
bildirib.
Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də
məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli
əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni
yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani
sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının
çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da
uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara
Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu
Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni
asfalt yolların çəkilişini misal olaraq göstərib. Uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib
və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə
çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən
qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının
təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib.
M.Alıyev rayonumuzda barama, tütün, kartof və taxıl
sahələrindən götürdüyümüz bol məhsuldarlıqdan danışaraq 2018-ci ili kənd
təsərrüfatı ili kimi dəyərləndirib. Bildirib ki, bu inkişafı əkin sahələrinin
hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6
hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu
rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin
aparılması nəzərdə tutulmuşdur.
Yeni iş yerlərinin yaradılması istiqamətində həyata
keçirilən tədbirlərdən danışan birinci müavin həmin işlərin bu il də davam
etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan
su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil
yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni
tikiləcək fabrikin inşasını göstərib.
Orta Salahlı kənd İƏD-si üzrə nümayəndə Azim Xəlilov
hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizdə, eləcə də rayonumuzda
həyata keçirilən genişmiqyaslı işlərdən danışdıqdan sonra qeyd edib ki, başa vurduğumuz 2018-ci il Qazax rayonu, eləcə də kəndimiz
üçün hər bir sahədə uğurlu olub. Bildirib ki, Orta Salahlı kənd icra
nümayəndəliyinin ərazisində iki kənd - Orta Salahlı və Qazaxbəyli kəndləri yerləşir.
İki kəndin birlikdə 831 təsərrüfatı, 3068 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində
1 bələdiyyə, 2 tam orta məktəb, 1 uşaq bağçası, 1 folklor evi, 2 kitabxana, 1 həkim
məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt rabitə şöbəsi, 1 elektron ATS fəaliyyət
göstərir.
Hesabat ilində vətəndaşlardan
müxtəlif mövzuda 4 yazılı və 26 şifahi müraciət daxil olmuşdur. Həmin
müraciətlərə yerində baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi
üzrə 2018-ci ildə 19 məktub daxil olmuş, 666 arayış və məktub göndərilmişdir.
Hesabat dövründə 26 doğum, 11 nigah, 14 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə
təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar
edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında, o
cümlədən, əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşı
kitablarda qeydiyyatı aparılmışdır. Orta Salahlı kənd icra nümayəndəliyi
ərazisində klub, diyarşünaslıq evi, kitabxana fəaliyyət göstərir.
Diayarşünaslıq evinin, klub və kitabxanaların işçiləri tədbirlərin
keçirilməsində yaxından iştirak edirlər.
Orta
Salahlı kənd tam orta ümumtəhsil məktəbində 160 şagird təhsil alır. 25 nəfər müəllim
təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbin 1 məzunu ali, 4 məzunu isə
orta ixtisas məktəbinə daxil olmuşdur. Məktəbin həyətində Orta Salahlı kənd
sakini tərəfindən 1 ədəd bulaq tikilmişdir.
Qazaxbəyli
kənd tam orta ümumtəhsil məktəbində isə 128 şagird təhsil alır. 29 nəfər müəllim
təlim-tərbiyə işləri ilə məşğuldur. Keçən
il məktəbin 1 məzunu ali, 3 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur.
Qazaxbəyli
kənd uşaq bağçası 20 uşaq olmaqla 1 qrupdan ibarətdir. Bağçada uşaqların ərzaq
məhsulları ilə təmin olunmasına, uşaqların bağçaya davamiyyətinə ciddi nəzarət
olunur. Hesabat ilində nümayəndəlik tərəfindən bağçanın otaqları və fasad hissəsi
təmir edilmiş, həyətində kanalizasiya quyusu qazılaraq 20 metr uzunluğunda
kanalizasiya xətti, 30 metr uzunluğunda isə bağçanın mətbəxinə su xətti çəkilərək
1 ədəd su qızdırıcı (ariston) quraşdırılmışdır. Bundan əlavə, 1 ədəd qab-qacaq
yumaq üçün mətbəx şkafı, 1 ədəd paltar şkafı, 1 ədəd qaz plitəsi, 4 ədəd stul,
bağçanın 5 ədəd pəncərəsinə pərdə və pərdə asılqanı, yumşaq inventarlar və mətbəx
əşyaları alınmış, otaqların qızdırılması üçün bağça dizel yanacağı ilə təmin
olunmuşdur. Uşaq bağçasına 2 gözətçi ştat vahidi verilmiş, Qazax Məşğulluq Mərkəzində
işaxtaran kimi qeydiyyata alınmış 2 nəfər Qazaxbəyli kənd sakinləri gözətçi
ştatı ilə təmin olunmuşlar.
Əhalinin
sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Orta Salahlı həkim məntəqəsi
və Qazaxbəyli tibb məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin
qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım
günün tələblərinə cavab verir.
Orta Salahlı və Qazaxbəyli kəndlərində 2018-ci ildə
elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur.
Orta Salahlı kənd Poçt şöbəsi əhalidən enerji, qaz,
telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib
yola salır. Elektron ATS tipli stansiyanın kollektivi əhalinin
rabitə xidmətini təmin edir. Ərazidə 548 nömrəli yeni elektron ATS fəaliyyət
göstərir. Hesabat ilində Qazaxbəyli kəndinə əlavə olaraq 50 ədəd nömrə
verilmişdir. Həmin telefon xəttinin çəkilməsi üçün 15 ədəd telefon dirəyi
quraşdırılaraq 2600 metr kabel çəkilmişdir. Dünyanın istənilən ölkəsi ilə rabitə
xidməti və kompüter xidməti təmin olunmuşdur.
Ölkə
başçısının rəhbərliyi altında bu gün görülən bütün işlər, həyata keçirilən
genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət
edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində
qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Orta Salahlı və Qazaxbəyli kəndlərinin hər birində 4 dəfə
olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə
yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Qazaxbəyli kəndində səyyar görüş zamanı sakinlər kənddə qəzalı
vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, Orta Salahlı kəndində
isə kənd ərazisindən
keçən drenaj xəttinin təmizlənməsi ilə əlaqədar məsələ qaldırılmışdı. Rayon rəhbəri
elə görüş zamanı qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə konkret
tapşırıqlarını vermişdir. Qısa vaxt ərzində verilən tapşırıqlara uyğun olaraq
Orta Salahlı kəndində Qazax Melioservis İdarəsinin texnikası və işçilərinin köməkliyi
ilə 70 metr uzunluğunda drenaj xətti çıxarılıb, yeni qoşa xətt (140 m) çəkilmiş,
Qazaxbəyli kəndində isə Qazax Elektrik şəbəkəsi tərəfindən 2 ədəd qəzalı vəziyyətdə olan köhnə elektrik dirəkləri yeni
beton dirəklərlə əvəz olunmuşdur.
Kənd
icra nümayəndəliyi işini Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birgə qurmaqla
bir çox işlər görmüşdür. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli
suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian
su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, kənd
sakinlərinin iştirakı ilə Bakı-Tbilisi magistral yolunun, kəndarası yolların, kəndi
rayona birləşdirən mərkəzi yolun kənarlarında, kənd qəbiristanlıqlarında təmizlik
işləri aparılmış, Orta Salahlı kənd qəbiristanlığının giriş qapısı təmir
edilmişdir. Kənd sakinlərinin zibil tullantılarını atması üçün texnika vasitəsilə
Orta Salahlı kəndində 2 ədəd, Qazaxbəyli kəndində isə 1 ədəd xəndək qazılmış,
zibil tullantıları atılan sahələr təmizlənmiş, kənd ərazisində yol kənarlarına,
su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri
aparılaraq təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi
haqda məlumat verilmişdir.
Orta
Salahlı kəndinə gələn içməli su xəttinin kəndin ərazisindən keçən hissəsində su
borusu və nümayəndəlik ərazisində olan 2 ədəd artezianın nasosları, kənd ərazisində
olan avtobus dayanacağı təmir edilmiş, Qazaxbəyli kəndinin kəndarası yollarına
15 maşın qum-çınqıl tökülərək texnika vasitəsilə hamarlanmışdır.
Ölkə
başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər
haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq bir nəfər aztəminatlı
Orta Salahlı kənd sakini Qarayev Osman Qara oğluna fərdi təsərrüfatını qurmaq
üçün 21 baş xırdabuynuzlu heyvanlar verilmişdir.
Orta Salahlı və Qazaxbəyli
kəndinin ərazisinin 1312 hektarı xüsusi mülkiyyətə, 1198 hektarı bələdiyyə
mülkiyyətinə, 137 hektarı isə dövlət mülkiyyətinə aiddir (cəmi 2647 hektar).
Ərazidə 2079 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur ki,
bunun da 1359 hektarı suvarılan sahələrdir. Qalan suvarılmayan 720 hektardan
300 hektarı dəmyə pay torpağı, 420 hektarı isə örüş sahələridir.
Hər iki kəndin əsas məşğuliyyəti
əkinçilik və heyvandarlıqdır. Kənd sakinlərinin torpağa olan marağı günü-gündən
artır. Bunu kəndlərdə əkin sahələrinin ildən-ilə artmasından da aydın
şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 1037,6
hektarda, 2017-ci ildə 1164,1 hektarda, 2018-ci ildə 1173,7 hektarda əkin
aparılmışdır. 2016-cı illə 2018-ci ili müqayisə edərkən görürük ki,
nümayəndəlik üzrə 136,1 hektar əkin sahəsi artırılmışdır. 2017-ci
ildə 2018-ci ilin məhsulu üçün 659 hektara buğda, 59 hektara arpa səpilmişdir.
Taxıl sahələri rayonumuzun və kənar rayonlardan cəlb olunmuş kombaynlar
vasitəsilə vaxtında və itkisiz biçilərək 659 hektar buğda sahəsindən 2418,5 ton
məhsul əldə edilmiş, məhsuldarlıq 36,7 sentner, 59 hektar arpa sahəsindən isə
145,1 ton məhsul əldə edilərək məhsuldarlıq 24,6 sentner olmuşdur. 2019-cu ilin
məhsulu üçün 750 hektarda şumlama işləri aparılmışdır ki, bundan 470 hektarda
buğda, 260 hektarda isə arpa səpilmişdir. Bu da 2018-ci illə müqayisədə 12
hektar çoxdur. Bundan əlavə, 4 hektarda tütün, qalan 16 hektarda isədigər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur. 2019-cu ili 2016-cı illə müqayisə etdikdə görürük ki, 2016-cı ildə
taxıl sahəsi 490 hektar olduğu halda 2019-cu ildə bu rəqəm 240 hektar artaraq
730 hektara çatdırılmışdır.
Hesabat
ilində kəndlərimizdə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının gücləndirilməsi
məqsədilə Qazaxbəyli kəndinin 0,30 hektar torpaq sahəsində Çin Xalq
Respublikasından gətirilmiş 2000 ədəd tut tingləri əkilərək becərilməsi üçün
bir nəfər kənd sakininə verilmişdir. Həmin tut tinglərinə aqrotexniki qaydada
xidmət olunur. "İDEA” İctimai Birliyinin,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) təşkilatçılığı ilə 29 noyabr 2018-ci il tarixdə dörd nəfər imkansız Qazaxbəyli
kənd sakininin hər birinə 0,5 hektar bölünməklə, cəmi 2 hektar sahədə 1000 ədəd
ərik ağacı əkilmişdir. Qazaxbəyli kəndində meyvə bağlarının salınması üzrə təşkil
edilən aksiyaya 200 nəfərdən çox gənc könüllü olaraq qoşulmuşdur. Kənd sakinləri
adından bu layihənin məhz bizim kəndimizdə həyata keçirildiyinə görə icra
başçısı Rəcəb Babaşova və layihənin
bütün təşkilatçılarına, eyni zamanda, layihənin rəhbəri Leyla xanım Əliyevaya
öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
İldən-ilə artan əkin sahələrinin
genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas
səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin
olunmasıdır. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən hər il suvarma
arxlarının və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsini
daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri arxların təmiri zamanı dəfələrlə Orta Salahlı və Qazaxbəyli kəndlərində
suvarma arxlarında görülən işlərə baxış keçirmiş, arxlarda görülən
işlərlə tanış olmuş, işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin
keyfiyyətlə aparılmasını bildirərək bəzi tapşırıq və tövsiyələrini vermiş və
işlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların
fikirlərini dinləmişdir. Əkin sahələrinin suvarılmasına 26,1 km arx xidmət
göstərir ki, onun da 9,5 km-i beton üzlüklü, 16,6 km–i isə torpaq məcralı
arxlardır. 2018-ci ildə nümayəndəlik ərazisində təmizlənməsi nəzərdə tutulan
25,72 km suvarma arxlarından 14,77 km-i texnika vasitəsilə, 10,95 km-i isə əl
əməyi ilə təmizlənmişdir. 2019-cu ildə isə 10,4 km texnika vasitəsilə, 13,4 km
əl əməyi ilə, cəmi 23,8 km təmizlənməsi nəzərdə tutulan suvarma arxlarından bu
günə kimi 13,99 km-i əl əməyi ilə, 0,4 km–i isə Qazax Suvarma Sistemləri
İdarəsinin texnikası vasitəsilə təmizlənmişdir. Texnika vasitəsilə təmizlənməsi
nəzərdə tutulan arxların təmizliyinə yaxın vaxtlarda başlanılacaqdır. Bundan
əlavə, hesabat ilində kənd sakinlərinin suvarma suyuna olan tələbatının
yaxşılaşdırılması üçün Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orta
Salahlı kəndində 2 ədəd, Qazaxbəyli kəndində isə 1 ədəd yeni qazılmış
subartezian quyuları kənd sakinlərinin istifadəsinə verilmişdir.
01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında
2135 baş iribuynuzlu mal-qara, 7830 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata
alınmışdır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar
xidmətləri, eləcə də qarayara, brüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər
aparılmışdır.
Dövlət başçısının "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair” 23
yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar
2018-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər
hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat olmaqla,
ümumilikdə 520 nəfərə 68571 manat subsidiya ödənilmişdir.
"Azərbaycan Respublikasında
arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinə uyğun
olaraq Orta Salahlı və
Qazaxbəyli kəndlərində 19 nəfər kənd sakinlərinin saxladığı 176 arı ailəsi Kənd
Təsərrüfatı İdarəsi tərəfindən nömrələnmişdir.
Pay
torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə
istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın
yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq
bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması
daim diqqət mərkəzindədir.
Orta
Salahlı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində
kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində,
biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Orta Salahlı-Qazaxbəyli
bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Qazaxbəyli
kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva, sakinlərdən ağsaqqal Nəbi
Babacanov, Yasin Abayev, Qurban Novruzov, Səməd Mehdiyev, Suqra Zeynalova və
başqaları çıxış edərək rayonumuzda, eləcə də Orta Salahlı və Qazaxbəyli kəndlərində
həyata keçirilən tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə və başqa sahələrə
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını
bildiriblər. Uzun illərdən sonra kəndlərə içməli suyun çəkilməsinə görə Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.
Minnətdarlıq
dolu ürək sözlərini çatdıran sakinlər nümayəndəlik ərazisində yerləşən bir kənddə
bağçanın təmir olunmasını, digər kənddə isə bağçanın tikintisini, Kür çayının
sağ sahilində sahilbərkitmə işlərinin aparılmasını, kənddə qazılmış 1 ədəd artezian
quyusunda olan nasazlığın aradan qaldırılmasını, əlavə olaraq yeni 1 ədəd
artezian quyusunun qazılmasını, kənddə "Ara yol” deyilən ərazidə sakinlərin
rahat şəkildə gediş-gəlişini təmin etmək üçün körpü salınmasını və s. məsələləri
də qeyd ediblər.
GOYEZEN.AZ
GOYEZEN.AZ
Facebook-da paylaş