Dəmirçilər kənd İƏD üzrə nümayəndəlikdə hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon
İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində
2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat
yığıncağında ölkəmizdə, eləcə də Qazax rayonunda və kəndlərimizdə görülmüş işlərdən
danışılıb. Hesabat
yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Musayev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, kənd sakinləri iştirak ediblər. Əvvəlcə yığıncağa sədr və katib seçilib, gündəlikdə
duran məsələlər səsləndirilib. Sonra Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndə Gülnaz Mahmudova giriş sözü ilə çıxış edərək bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun gərgin əməyi nəticəsində son iki il yarımda, xüsusilə də 2018-ci ildə
Qazax şəhərində və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülüb. Qeyd edib ki, yola
saldığımız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində
yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəlləyib.
Eyni zamanda dünya azərbaycanlıları daha sıx birlik və həmrəylik nümayiş
etdiriblər. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin
yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisya
mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini
vermişdir. İcra nümayəndəsi bildirib ki, başa vurduğumuz il bir çox tarixi hadisələrlə
də yadda qaldı. 2018-ci ilin Respublika Prezidentinin Sərəncamı ilə "Azərbaycan
Xalq Cümhuriyyəti ili” elan olunması və Cümhuriyyətin 100 illiyinin, Azərbaycan
Silahlı Qüvvələrinin yaradılmasının və Parlamentin 100 illiklərinin həm ölkəmizdə,
həm də bir çox xarici ölkələrdə təntənə ilə qeyd edilməsi ölkəmizin növbəti
uğurudur. Qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi 2018-ci ildə aparılan
tikinti-quruculuq işləri Qazax rayonundan da yan keçməmiş, rayonumuzun, eləcə də
kəndlərimizin siması əsaslı şəkildə dəyişmişdir. Ötən müddət ərzindərayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri geniş vüsət almışdır. Bu il Qazax rayonu üçün hər bir sahədə uğurlu olub desək
yanılmarıq. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial
obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə,
idman, mədəniyyət, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə
əsas verir.
G.Mahmudova
bildirib ki, bildiyiniz kimi, biz bu gün buraya Dəmirçilər kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyin bir illik fəaliyyətini dinləməyə yığışmışıq. Ona görə də ilk öncə
sizə kənd haqqında məlumat vermək istəyirəm. Tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən
biri də Dəmirçilər və Ürkməzli kəndləridir. Nümayəndəliyin 881 təsərrüfatı və 2994 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam
orta məktəb, 1 körpələr-evi uşaq bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim
məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət
göstərir. Qeyd edib ki, 2018-ci
ildə görüləcək işlər haqqında iş planı tərtib edilmiş, hesabat ilində həmin iş
planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər
müzakirə edilərək qərarlar qəbul edilmişdir. Nümayəndəlikdə
kargüzarlıq və mühasibatlıq işləri üçün diqqət artırılmışdır. İcra nümayəndəliyi
üzrə 2018-ci ildə 740 arayış verilmiş, 20 məktub daxil olmuş, kənar təşkilatlara
25 məktub göndərilmişdir.
Vətəndaşlardan 13 yazılı, 55 şifahi müraciət daxil olmuşdur. Hesabat dövründə 9
doğum, 9 nigah, 22 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına
kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport
qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.
Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda
qeydiyyatı aparılmış və rayon statistika idarəsinə məlumat verilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının
yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin
hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi
qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə
maraqlanmaq, həlli istiqamətində
işlər görmək, həll edilməyən məsələlərin
həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının
iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və
kənd qəbirİstanlığında təmizlik
işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları
atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax
rayon Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə
xəbərdarlıq edilmişdir. 2018-ci ildə Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Dəmirçilər
və Ürkməzli kənd sakinləri ilə səyyar görüşlər
keçirmiş, kənd sakinlərini
narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar
vermişdir. 2018-ci ildə Dəmirçilər-Ürkməzli yoluna 4,2 km asfalt örtük çəkilmişdir.
Bu da kənd əhalisinin sevincinə səbəb
olmuş və əhalinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırmışdır. Suvarma Sistemləri
İdarəsi və əhali tərəfindən Dəmirçilər kəndi ərazisində beton üzlüklü arxların
5,5 km-lik hissəsi kol-koslardan təmizlənmiş, hal-hazırda həmin arxın qalan hissəsində
təmizlik işləri davam edir. Dəmirçilər arxının 3 km beton üzlüklü yedək arxları,
Cəfərli kanalından çıxan yedək arxlarının 100 m–lik hissəsi, sol sahil
kanalından çıxan 2 km beton üzlüklü kanal təmizlənmiş, Ürkməzli kəndində
suvarma arxları əl əməyi ilə təmizlənmiş, 1 km isə suvarma suyu dayandıqdan
sonra əl əməyi ilə təmizlənəcək. Dəmirçilər kəndində
əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Dəmirçilər
kəndində 1 ədəd artezian quyusu qazılmışdır. Ürkməzli kəndində Yaqublu məhəlləsinə
çəkilmış su xəttinin yanmış su motoru Dəmirçilər–Ürkməzli bələdiyyəsi tərəfindən
yenisi ilə əvəz olunmuş, Yaqublu məhəlləsinə suyun verilişi bərpa olunmuşdur. Ürkməzli
kəndinə Qazax Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına 1500 metr su xətti çəkilmiş,
90 ailə içməli su ilə təmin olunmuşdur. Əhalinin həyətyanı və pay torpaqlarının
suvarılması işi yaxşı təşkil edilmişdir. Həyətyanı və pay torpaqlarının
suvarılmasında heç bir problem olmamışdır. Kənddə görülən işlərdən
danışan icra nümayəndəsi bildirib ki, Dəmirçilər və Ürkməzli kəndlərində 300 m
rabitə xətləri və 55 ədəd telefon dirəkləri yenilənmişdir. Nümayəndəlik ərazisində
yaşayan şəhid ailələrinə, Qarabağ əlilərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən
Yeni il, Novruz bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları
verilmişdir. Nümayəndəliyin ərazisindən keçən Qazax–Quşçu Ayrım magistral yolunun
kənarında təmizlik işləri görülmüş, kollar və qurumuş ağaclar məhv edilərək təmizlənmişdir.
Təmizlənmiş yol kənarlarına yeni ağaclar əkilmişdir. Nümayəndəlik ərazisində
klub, mədəniyyət evləri, kitabxana fəaliyyət göstərir. Həmin müəssisələrdə il ərzində
20 Yanvar şəhidlərinin, 26 Fevral - Xocalı faciəsi qurbanlarının anım günləri,
21 Mart - Novruz bayramı şənliyi, 9 May - Qələbə günü, 28 May - Respublika
günü, 18 Oktyabr - Müstəqillik günü, Qurban və Ramazan bayramları tədbirləri
keçirilmişdir. Nümayəndəlikdə 2
tam orta məktəb fəaliyyət göstərir. Dəmirçilər kənd orta məkəbində şagirdlərin
təlim və tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olur. Məktəbdə 194 nəfər şagird
təhsil alır. 13 nəfər texniki işçi işləyir. 2018-ci ildə məktəbin 2 nəfər məzunu,
3 nəfər isə keçən ilin məzunu ali məktəblərə, 2 nəfər şagirdi isə orta ixtisas
məktəblərinə daxil
olmuşdur. Ürkməzli kənd orta
məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Məktəbdə 163
nəfər şagird təhsil alır. 13 nəfər texniki işçi işləyir. 2018-ci ildə məktəbin
3 nəfər məzunu ali məktəblərə, 1 nəfər məzunu isə orta ixtisas məktəblərinə
daxil olublar. Ürkməzli kənd tam orta məktəbinin 1 məzunu 600-dən, 1 nəfər məzunu
isə 500-dən artıq bal toplamışdır. Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik
etdikləri kollektivlərdə ciddi nizam–intizam yaratmağa müvəffəq olmuşlar. Dəmirçilər kənd
tam orta məktəbi qazanxana sistemi ilə, Ürkməzli kənd tam orta məktəbi isə
müasir istilik sistemi ilə təzhiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən məktəblərdə
şagirdlərin dərsə davamiyyətinə daim ciddi nəzarət olunur. Dəmirçilər kənd
körpələr evi–uşaq bağçasının kollektivi də işlərini günün tələbləri səviyyəsində
qururlar. Bağça 2 yaş qrupu üzrə fəaliyyət göstərir. Bağçada uşaqların təhsili
və istirahəti üçün hər cür şərait yaradılmışdır. Bağçada əmək intizamına
ciddi əməl olunur. Əhalinin
sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Dəmirçilər və Ürkməzli həkim məntəqələrinin
kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin
aparılması, ilkin tibbi yardım, günün tələblərinə cavab verir. Nümayəndəlik
ərazisidə 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi
elektrik enerjisi və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən
bildirişlər əsasında kənd poçtuna ödəyirlər. ATS-in kollektivi əhalinin
rabitə xidmətini təmin edir. Ərazidə 384 nömrəli yeni elektron ATS və mobil
telefon stansiyaları "Azərcell” və "Bakcell” fəaliyyət göstərir. Nümayəndəlik ərazisində 136 abonent internet
xidmətindən istifadə edir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və
internet xidməti təmin olunmuşdur. Nümayəndəlik tərəfindən
əhali arasında vətənpərvərlik mövzusunda təbliğat və təşviqat işləri müntəzəm
olaraq aparılır. Ərazidə hərbi xidmətə çağırış nümunəvi qaydada olmuş hərbidən
yayınma hallarına yol verilməmişdir. Nümayəndəlikdə əhalinin
əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2018-ci ilin məhsulu üçün
480 hektarda payızlıq buğda, 240 hektar sahədə arpa, 40 hektar sahədə
kartof, 10 hektar sahədə qarğıdalı, 2 hektar sahədə darı,
1.5 hektar sahədə tütün əkilmişdir. 1721,7 ton buğda, 576,2 ton arpa, 1120 ton kartof, 54,5 ton qarğıdalı, 2 ton darı istehsal olunmuşdur. 2018-ci ildə nümayəndəlik ərazisində1,5 hektar sahədən 3750 kiloqram tütün təhvil
verilmiş və 460 kq barama
istehsal olunmuşdur. Barama
istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə aqrotexniki qaydada
qulluq edilmiş, 1000 ədəd yeni tut tingləri əkilmişdir. Nümayəndəliyin
Baytarlıq sahəsinə xidmət edən işçilər əhalinin
mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin
vaxtında, keyfiyyətlə aparılmasını təmin edir. Heyvandarlıq sahəsində məhsuldarllığın artırılmasında süni mayalanmanın
əhəmiyyəti böyükdür. 2018-ci ildə nümayəndəlik ərazisində 148 baş inək süni mayalandırılmış və hal-hazırki dövrə qədər 112 baş buzov doğulmuşdur. Kənd təsərrüfatı məhsulları
istehsal edən 537 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 53597 manat konpensasiya ödənilmişdir. 2019-cu ilin məhsulu üçün
nümayəndəlik ərazisində 700 hektar sahə şumlanmış, 400 hektar sahədə buğda, 260 hektar sahədə arpa əkilmişdir. 60 ha kartof, 20 ha qarğıdalı, 4 ha tütün, 20 ha yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2018-ci
il tarixə əhali və fermer təsərrüfatlarında 1987 baş iribuynuzu mal-qara və 8555
baş xırdabuynuzlu heyvan, 12,2 min baş quş qeydiyyata alınmışdır . Pay torpaqlarının
və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi,
kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi,
növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və
yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Dəmirçilər kənd icra
nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə
yaxından köməklik göstərir. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağında çıxış edərək
kənd sakinlərini salamlayıb və yola saldığımız 2018-ci ilin ölkəmizin tarixinə
daha bir uğurlu il kimi daxil olmasından söz açıb. Ulu öndər Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını qeyd edən natiq ölkəmizin
qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. 2018-ci ildə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla icra edildiyini qeyd edən T.Musayev Prezident İlham Əliyevin
apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar, Qazax rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilmış quruculuq və
abadlıq işləri, yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat
verib. Rayonda yaradılan yeni iş yerlərindən söz açan müavin bu istiqamətdə
görülən işlərdən danışıb. Başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin
çəkilməsini, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabriki iş yerlərinin
yaradılması istiqamətində həyata keçirilən işlərin bariz nümunəsi olduğunu
bildirib. Sonra çıxışlar
olub. Kənd sakinlərindən Süleyman Rzayev, Ürkməzli kənd tam orta məktəbin
direktoru İlqar Miralayev, Dəmirçilər kənd tam orta məktəbin direktoru Elmira
Abbasova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şərqiyyə Mansurova, Dəmirçilər
kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Mənsurə Rüstəmova, Ürkməzli kənd
sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova və başqaları çıxış edərək hesabat
ilində görülmüş işlərdən razı qaldıqlarını bildirib, Qazaxda aparılan abadlıq və
quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar.
İstər rayonda, istərsə də kənddə görülən işləri, əldə olunan nailiyyətləri yüksək
qiymətləndiriblər. Çıxış edənlər Ürkməzli kəndində subartezian quyusunun
qazılmasını və bağçanın tikilməsini, Dəmirçilər kənd tam orta məktəbin təmir
olunmasını və s. məsələləri də qeyd ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş