Vətəndaş fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri rayonda vətəndaş amilinin hər zaman ön plana çəkilməsidir. Rayon rəhbərinin vətəndaşları fərdi şəkildə qəbul etməsi, problem və qayğıları ilə maraqlanması bunun bariz nümunəsidir.
İcra başçısı bu gün şəhər sakini Məmmədov Zaur Vidadi oğlunu fərdi şəkildə qəbul edib, müalicə olunması ilə bağlı müraciətini dinləyib.
Vətəndaşın müraciətini dinləyən rayon rəhbəri ona müalicə və müayinə olunması üçün aidiyyəti üzrə tapşırıq verib.
GOYEZEN.AZ
Facebook-da paylaş