İcra başçısı ərik bağı salınacaq sahədə olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayan "İDEA” (Ətraf
mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi son illər ölkəmizdə
ətraf mühitin qorunması istiqamətində paytaxtla
yanaşı, bölgələrimizdə də məqsədyönlü layihələr həyata keçirir.
2017-ci ilin aprel ayından isə Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla
Əliyevanın təşəbbüsü ilə meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə
başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağları İsmayıllı, daha sonra Şəmkir,
Ağstafa, Tovuz, Ağdaş, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik,
Quba, Qəbələ və İmişli rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən
Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan
ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması
ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının
azaldılmasına da töhfə verməkdir.
"İDEA”
İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazaxda da aztəminatlı ailələr üçün ərik bağları salınacaqdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində ərik bağı salınacaq ərazidə olub,
görülmüş işlərlə maraqlanıb.
Hazırlıq işləri ilə tanış olan rayon rəhbərinə
məlumat verilib ki, 29 noyabr tarixində rayonun Qazaxbəyli
kəndində 2 hektar ərazidə 1000 ədəd ərik ağacı əkiləcəkdir.
Aztəminatlı
ailələrin maddi rifahının yaxşılaşdırılması məqsədilə salınmış bağ 4 imkansız
ailəyə - Qazaxbəyli kənd sakinləri - Qabil Qocayevə, Valeh Seyidova, Müşgül
Nəbiyevə və Fərhad Fərzəliyevə veriləcəkdir.
İcra başçısı görülmüş işlərlə tanış olaraq öz tapşırıq və
tövsiyələrini verib.
Kənd sakini Bəhram Fərzalıyev aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması
məqsədilə həyata keçirilən bu layihəni yüksək qiymətləndirdiyini qeyd edib,
layihənin təşkilatçılarına bütün kənd sakinləri adından dərin minnətdarlığını
çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş