Kosalar kəndində sakinlərlə səyyar görüş keçirilib
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə
dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətlərindən birinə
çevrilmişdir. Qazanılan bütün uğurlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini də
əhəmiyyətli dərəcədə gücləndirir. Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmiz
dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Bu gün sevindirici haldır ki, Azərbaycanın sürətli
və dinamik inkişafı paytaxtla yanaşı, respublikamızın bölgələrində də davam
etməkdədir. Bunu son iki il yarım ərzində Qazax rayonunda aparılan
genişmiqyaslı abadlıq, tikinti-quruculuq işlərindən, rayonda təhsil, səhiyyə,
mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə edilən yeniliklərdən də aydın
şəkildə görmək olar. Ötən bu müddət
ərzində Qazaxda vətəndaş amili də hər zaman ön planda tutulur. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər
şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə
icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir
məsələyə diqqət və qayğı ilə yanaşması bunu söyləməyə əsas verir. Rayon
rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış növbəti səyyar görüşlərdən biri Kosalar kəndində olub. İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində keçirilən görüşdə RİHB
aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak
edib. Səmimi söhbət əsasında keçən görüşdə rayonumuzda aparılan
tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz
açılıb, qazanılan uğurlardan, kənd sakinlərini narahat edən qayğılardan
danışılıb.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri
salamlayıb və bildirib ki, təkcə bu ilin ötən 10 ayı ərzində müxtəlif
səbəblərdən Kosalar kəndində siz sakinlərlə görüşüb, bəzi məsələləri müzakirə
etmişik. Bugünkü görüş isə cari ilin proqramına uyğun olaraq nəzərdə
tutulmuş növbəti səyyar görüşdür. Bildiyiniz kimi, bu cür səyyar görüşlər
keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən
eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. İcra başçısı qeyd edib ki,
Prezident İlham Əliyev vətəndaşlarla olan görüşlərində hər zaman bildirir ki,
bu gün Axərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət
dayanır. Rayon rəhbəri dövlət başçısının
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin
Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb. Bildirib
ki, fəaliyyətə başladığım ilk gündən siz sakinlərinin istəyini, mövqeyini
hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, sizi narahat edən
qayğıları öz dilinizdən eşitməyə çalışmışam. Rayonumuzda
2016, 2017-ci illərdə görülən işləri müqayisə edən icra başçısı bildirib ki, bu
il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işləri daha geniş miqyas alıb.
Belə ki, rayonda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Rayonda
istifadəyə verilən çoxsaylı sosial obyektləri, yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin
gündən-günə artmasını bu söylədiklərimizin əyani sübutu kimi qiymətləndirib. Bildirib
ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki,
150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin işləməsi o deməkdir
ki, yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılması
böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən
inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci
Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda,
"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod
Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin
aparıldığını bildirib. Rayon rəhbəri son illər
respublikamızda olduğu kimi, Qazax rayonunda azyaşlı körpələrə göstərilən
diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, bu
gün tam əminliklə deyə bilərik ki, rayon
üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə
çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından -
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu
Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci
Şıxlı kənd 2 saylı körpələr evi-uşaq
bağçası bu dediklərimizin əyani sübutudur. Şəhərdə
yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən
qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci
Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı,
Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə
tutulduğunu bildirib. Qeyd edib ki, bu gün
Kosalar kəndində 1 saylı bağçanın da əsaslı təmirinə böyük ehtiyac var və
əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Bundan
başqa, Çaylı, Orta Salahlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində də uşaq
bağçalarının olması üçün məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib.
Bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının,
istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək
səviyyədə olduğunu çatdırıb.
İcra başçısı Prezident
İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə
bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində
uğurla icra edildiyini də bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən
il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin
istifadəsinə verilməsini, bu il daha 47 ədəd çoxmənzilli yaşayış binalarının
fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə
və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin
aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin
tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam
etdirildiyini bildirib. Beləliklə, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış
binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin
istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması
kimi dəyərləndirib. Rayon
rəhbəri Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi
şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64
saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina”
adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A
ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov
yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq
göstərib. Bundan
əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli
binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında
imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra
olunduğunu diqqətə çatdırıb. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92
ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam
örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib.
Hal-hazırda bu gün şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib.
Dövlətin
və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan
rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100
illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr
2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax
ziyalılarına, Qazaxın tarixi keçmişinə hər zaman böyük önəm verib. Rayon
rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və
diqqətə, xüsusilə də Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin
minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə
respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd
edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü
fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 saylı tam orta
məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Qeyd
edib ki, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb
var ki, onlardan biri də 1176 şagird yerlik Kosalar məktəbidir. Qaymaqlı, Kəmərli
kənd tam orta məktəbləri ilə yanaşı, Kosalar məktəbi də müasir standartlara
cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün
bunlar isə dövlətiizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır. Ölkə başçısının respublika
və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə
yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan danışan
icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib. Ölkə başçısının 19 avqust
2016-cı il tarixli Sərəncamına əsasən 6 min nəfər əhalisi olan 2 yaşayış
məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə
başlanılmasını, həmin ilin oktyabrın 19-da isə cənab Prezidentin yeni avtomobil
yolunun açılışında iştirak etməsini bu sahədə görülən işlərin əyani sübutu kimi
qiymətləndirib. Bundan əlavə, Qazax
rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı
tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu inkişafın
davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük təkan
verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir ki,
bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə
bilirlər.
Dövlət başçısının avtomobil
yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən
rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu
istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün
bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək
olar. Qazaxda son iki il yarım
ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni
asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət
həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər
geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi
istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir
ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb.
2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər
kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla
davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun
çəkilməsi başa çatıb. Demək olar ki, son tamamlanma işləri görülür. Şəhid
ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və
qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan
Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini,
7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü
bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca
zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən
qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə
başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib.
Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının,
yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu
diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış
Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu
bildirib.
İcra
başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş
çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən
tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin
mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda
tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol
oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs
məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq. İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin
gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün
məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar
verildiyini qeyd edib. Bildirib ki, rayonda
əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət
işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni
transformatorların və elektrik xətlərinin olmasıdır. Bundan əlavə, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm,
Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb, Fərəhli
kəndində isə davam edir. Rayon rəhbəri Kosalar kəndində 9700 metr uzunluğunda
SİP kabel çəkildiyini və 1 ədəd yeni transformator qoyulduğunu da diqqətə
çatdırıb. Rayon rəhbəri ötən 10 ay ərzində İcra Hakimiyyətinə müraciət etmiş
vətəndaşlardan da söz açıb. Qeyd edib ki, bu müddət ərzində ümumi qəbulda 56,
fərdi qəbulda 20 nəfər iştirak etmiş, 51 nəfər sakin isə rəsmi məktubla
müraciət etmişdir. Görüşdə qeyd olunub ki,
respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə
yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun
nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni
səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf
etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü
işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda
artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək
olar. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda,
2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili
müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə
etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30
hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili
2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin
sahəsi 21476,30 hektara çatdırılmışdır.
Yenə
rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri
artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559
hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8
hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa
əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur.
Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin
aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2019-cu
ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl,
bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur.
Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən
11363 hektar sahədə şumlanma aparılmış, 3981 hektar buğda, 2844 hektar arpa
olmaqla, cəmi 6825 hektarda taxıl səpilmişdir. İcra başçısı qeyd edib ki,
Kosalar kəndində də 380 hektar sahədə taxıl səpilməsi nəzərdə tutulub ki, bunun
350 hektarını buğda, 30 hektarını isə arpa təşkil edir. Hazırda həmin 30
hektarda arpa səpini başa çatıb. 220 hektarda buğda səpilib və bu iş davam
edir. Rayon rəhbəri bildirib ki,
rayonda önəm verilən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır.
İstər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında
Azərbaycanda istehsal olunan fındığının alıcılıq qabiliyyəti yüksəkdir. Dövlət
bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Bu yardımdan bəhrələnən
qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan fındıq istehsalını artırmaq
məqsədilə yeni bağlar salmışlar. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq
bağı salınmışdır ki, bunun 136 hektarı bar verən sahə olmuşdur. 455 ton da
məhsul toplanmışdır. 2017-ci ildə fındıq bağının sahəsi 222,83
hektar olmuşdur. 136 hektar bar verən sahədən də 460 ton məhsul tədarük
edilmişdir. 2018-ci ildə isə rayonda
salınmış fındıq bağının sahəsi 224,1 hektar olmuşdur. Bar verən sahə də 136,3
hektar təşkil etmişdir. Toplanmış məhsul isə 465 tondur. İllər üzrə olan
artımdan da aydın şəkildə gömək olur ki, ixracyönümlü məhsul olan, ölkəyə
daha çox valyuta gətirən fındıq istehsalının artırılması istiqamətində rayonda
son illər ardıcıl tədbirlər görülür. İcra
başçısı Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün
inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. 2016-cı ildə cəmi 10
hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara
çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox
məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar
artıraraq 60 hektara çatdırmışlar. Rayonda tütünçülüyün inkişafı məqsədilə Kosalar kəndində 32 ha
tütün əkildiyini qeyd edən rayon rəhbəri rayonda yeni iş yerlərinin açılması
baxımından bu sahənin böyük əhəmiyyət daşıdığını bildirib. Bundan əlavə, Qazaxbəyli
kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı
Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər
kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkildiyini
çatdırıb. Arxların təmizlənməsindən
söz açan rayon rəhbəri qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların
təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi
aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və
kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx
və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki
illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Bildirib ki, payızlıq əkin
sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə
təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər
üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi
nəzərdə tutulan 266,58 km-in 43,63 km-i təmizlənib. Bunun da 21,88 km-i əl əməyi, 21,75 km-i isə texnika vasitəsilə
həyata keçirilib. Kosalar
kəndi üzrə 24,18 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması
nəzərdə tutulub. Qeyd olunan məsafədən 18 km-i əl əməyi, 6,8 km-i isə texnika vasitəsilə
təmizlənəcəkdir. Bu günə kimi isə 5,94 km arx təmizlənib ki, bunun da 4,69 km-i
texnika vasitəsilə, 1,25 km-i isə əl əməyi ilə həyata keçirilib. Kənd sakinlərindən Raya
Səmədova, Musa Qasımov, Tariyel Qasımov, Zərnişan İsmayılova, Cavanşir
Rüstəmov, Rübabə Hüseynova, Nailə Hüseynova, Kosalar kənd tam orta məktəbin
direktor müavini Əli Hüseynov, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Abbasqulu Alıyev və başqaları çıxış edərək
respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə
Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını
bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və
quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Çıxış
edənlər bildiriblər ki, bütün kəndlərdə olduğu kimi, Kosalar kəndinin inkişaf
etməsində, gündən-günə abadlaşmasında zəhmətiniz olduqca böyükdür. Bu gün biz
sakinlər sevinirik ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı
ölkə başçısı İlham Əliyev elə dahi şəxsiyyətin istədiyi kimi uğurla və inamla
davam etdirir. Bu gün rayonumuzda olan abadlıq, gündən-günə artan yeniliklər
dövlətin, dövlət başçısının və Sizlərin sayəsindədir. Kosalar kəndinə yeni
asfalt yolun çəkilməsini, 2 uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını,
eləcə də bağçalarda yaradılan şəraiti, yüksək keyfiyyətli ərzaq təminatını
minnətdarlıq hissi ilə qarşılayan sakinlər razılıqlarını ifadə ediblər. Onlarla
mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri
minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir
sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənd
məktəbinin və 1 saylı uşaq bağçasının təmir olunması, əlavə artezian quyusunun
qazılması, vaxtilə özünün 17 otağı
olan mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi
İbrahim Hacı İsmayıl oğlunun yaşadığı evin
muzey olması və yaxud da qəbirüstü abidəsinin qoyulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər
bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan əksər məsələlərin həll
olunması üçün bəzi işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb. İcra
başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham
Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin
təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü səyyar görüş də bunun bariz nümunəsidir. Görüş başa
çatdıqdan sonra rayon rəhbəri sakinlərin istəyini nəzərə alaraq Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl
oğlununyaşadığı evə də baxış keçirib. GOYEZEN.AZ
Facebook-da paylaş