Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Respublikamızda 5 ildir ki, "Ölkəmizi tanıyaq” devizi altında
maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənə şəklini alıb. Layihənin
həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə
hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da
zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin
tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr
Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә,
Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi
inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Ölkə başçısının tapşırığına
əsasən noyabr ayının 14-17 və 18-21 tarixlərini
əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və
rayondan, o cümlədən, məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər
iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən
məktəblilərin sayı 23 mindən çox olacaq. IX-XI sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan bu tur-aksiyalara
qazaxlı məktəblilər də qatılıblar. Bu gün səhər saatlarında "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40
nəfər məktəbli və təhkim olunmuş şəxslər ulu öndərin adını daşıyan Heydər
Əliyev parkına toplaşıblar. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş şagirdlərin
üzlərində sevinc, təbəssüm var idi. Üzərinə "Qazax" sözləri yazılmış
gödəkcələr geyinmiş şagirdlər deyib-gülür, tur-aksiya barədə danışırdılar. Tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimində Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, rayon
Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər də
iştirak ediblər. Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər ulu öndər Heydər
Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz
xatirəsini yad ediblər. Sonra ulu öndərin adını daşıyan Mərkəzdə olub, dahi
şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müavin Gulaya
Həsənova, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı yolasalma
mərasimində məktəblilərə xoş istirahət və rayonumuza qələbə sevinci ilə
qayıtmağı arzulayıblar. Məktəblilər və uşaqlarını yola salan
valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham
Əliyevə minnətdarlıq ediblər. Xatirə şəkilləri
çəkdirdikdən sonra tur-aksiya iştirakçıları avtobusa əyləşərək səhər saat
08:00-da Heydər Əliyev parkından yola düşüblər. Məlumat üçün bildirək ki, rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər
şagird noyabrın 14-dən 17-nə kimi Lənkəran-Masallı-Astara rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış
olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar.
Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.
GOYEZEN.AZ
Gənclər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev
Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq
muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları ilə tanış
olurlar.
Facebook-da paylaş