Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib
Son iki il
yarım və Qazax rayonu. Bu gün tam əminliklə deyə bilərik ki, bu illər ərzində
rayonumuz inkişafa doğru ildən-ilə qazanılan uğurlarıyla, əldə edilən
nailiyyətləriylə sürətlə addımlayır. Ötən illər ərzində aparılan genişmiqyaslı
abadlıq, tikinti-quruculuq işləri, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də
digər sahələrdə əldə edilən yeniliklər rayonumuzun gündən-günə inkişaf
etməsindən xəbər verir. Qazaxda ötən bu müddət ərzində dəyişməyən bir şey var
ki, o da vətəndaş amilinin ön planda olmasıdır. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də
kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər bu dediklərimizin əyani sübutudur.
Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış
həmin səyyar görüşlərdə icra başçısı sakinlərin müraciətlərini dinləyir,
qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Bu gün icra başçısının növbəti
səyyar görüşü Çaylı kəndində olub. Kənd sakinləri ilə keçirilən görüşdə RİHB
aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri
iştirak edib. Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də rayonumuzda aparılan
tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz
açılıb, kənd camaatını narahat edən qayğılarla maraqlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək
sakinləri salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq
doqquzuncu dəfədir ki, sizlərlə səyyar
formada görüşürük. Bildiyiniz kimi, bu cür səyyar görüşlər keçirməyimin
əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və
həlli istiqamətində əməli işlər görməkdir. "Prezident
İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin
prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazax
rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb. Qeyd edib
ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər
şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat
edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən icra başçısı bildirib
ki, rayonumuzda elə bir sahə yoxdur ki,
orada inkişaf, tərəqqi olmasın. Bu il "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda aparılan abadlıq və
tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. Rayonda görülən
işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq
işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi
qiymətləndirib.
Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi
tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin
işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından
rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək dəyərləndirib.
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam
hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP”
MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin
aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını bildirib. 145
çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görüldüyünü,
son tamamlanma işləri aparıldığını qeyd edib.
Rayonda azyaşlı
körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri
bildirib ki, bu gün tam əminliklə deyə
bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə
çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından -
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu
Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci
Şıxlı kənd 2 saylı körpələr evi-uşaq
bağçasının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar
sırasında olduğunu bildirib. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə
yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın
- İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş
Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının
nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, Çaylı kəndində də bağçanın yaradılması üçün lazımi işlərin
görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı bundan başqa, Orta Salahlı, Yuxarı
Salahlı və Ürkməzli kəndlərində də uşaq bağçalarının olması üçün məqsədyönlü
işlərin görüləcəyini bildirib.
Rayon rəhbəri bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən
diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan
şəraitin ən yüksək səviyyədə olduğunu çatdırıb. İcra başçısı
Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki
il yarım ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama
əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin
istifadəsinə verilməsini, bu il daha 47 ədəd çoxmənzilli yaşayış binalarının
fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə
və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin
aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin
tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam
etdirildiyini bildirib. Beləliklə, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış
binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin
istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması
kimi dəyərləndirib. Rayon rəhbəri Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli,
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina”
adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A
ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov
yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq
göstərib. Bundan əlavə, dövlət başçısının respublikanın şəhər
və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla
icra olunduğunu diqqətə çatdırıb. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92
ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam
örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib.
Hal-hazırda bu gün şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib.
Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və
qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər
seminariyasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı
bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına, Qazaxın tarixi
keçmişinə hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə,
ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və diqqətə, xüsusilə də Sərəncama
görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Bu gün ali
məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun
üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika
Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə
yerləşən S.Vurğun adına 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunur və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Kosalar, Qaymaqlı və
Kəmərli kənd tam orta məktəblərinin də əsaslı şəkildə təmir edilməsi nəzərdə
tutulub. 2016-cı ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta
məktəbin də əsaslı şəkildə təmir olunmasını təhsil sahəsinə olan böyük qayğı
kimi qiymətləndirib Ölkə başçısının
respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ
kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı
Sərəncamlardan danışan icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü
işlərin görüldüyünü, Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil
yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli
Sərancamın bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların
çəkilməsinə böyük təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin
Sərəncamın nəticəsidir ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat
şəkildə istifadə edə bilirlər.
Dövlət
başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı
Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu
sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam
etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı
Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala
Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın
şəkildə görmək olar. Qazaxda son iki
il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli
kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış
problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla
bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının
nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə
başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol
infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Belə ki, bir
neçə həftədir ki, Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsinə start
verilib. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə
sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285
şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görüldüyünü bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər
zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə
göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri
kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını
bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının,
yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu
diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış
Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu
bildirib. İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs
məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən
keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda
keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin
mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda
tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol
oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs
məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq. Görüşdə qeyd olunub ki, respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına
da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir
neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi,
məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir
ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə
müqayisə etdikdə bunu aydın şəkildə görmək olar. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci
ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı
illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə
2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə
isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər
2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq
ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin
aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir
ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci
ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında
arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə
olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin
aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi
məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi
nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180
hektar taxıl sahəsindən 10972 hektar sahədə şumlanma aparılmış, 2661 hektar
buğda, 2416 hektar arpa olmaqla, cəmi 5077 hektarda taxıl səpilmişdir. Rayon rəhbəri bildirib ki, rayonda önəm verilən kənd təsərrüfatı
sahələrindən biri də fındıqçılıqdır. İstər Avropa, istər Asiya ölkələrində,
istərsə də postsovet məkanında Azərbaycanda istehsal olunan fındığının alıcılıq
qabiliyyəti yüksəkdir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım
göstərir. Bu yardımdan bəhrələnən qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan
fındıq istehsalını artırmaq məqsədilə yeni bağlar salmışlar. 2016-cı ildə
rayonda 175 hektar sahədə fındıq bağı salınmışdır ki, bunun 136 hektarı bar
verən sahə olmuşdur. 455 ton da məhsul toplanmışdır. 2017-ci ildə
fındıq bağının sahəsi 222,83 hektar olmuşdur. 136 hektar bar verən sahədən də
460 ton məhsul tədarük edilmişdir. 2018-ci ildə isə rayonda salınmış fındıq bağının sahəsi 224,1 hektar
olmuşdur. Bar verən sahə də 136,3 hektar təşkil etmişdir. Toplanmış məhsul isə
465 tondur. İllər üzrə olan artımdan da aydın şəkildə gömək olur
ki, ixracyönümlü məhsul olan, ölkəyə daha çox valyuta gətirən fındıq
istehsalının artırılması istiqamətində rayonda son illər ardıcıl tədbirlər
görülür. Çaylı kəndində də fındıq bağlarının salındığını diqqətə çatdırıb. İcra başçısı Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən
hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib.
2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi
50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80
tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10
hektar artıraraq 60 hektara çatdırmışlar. Arxların
təmizlənməsindən söz açan rayon rəhbəri qeyd edib ki, 2017-ci ildə 269,71 km
arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə
təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km
arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km
məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur.
Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı
gözlənilir. Bildirib ki, payızlıq
əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək
səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə
başlanılıb. Bütün kəndlər üzrə aparılan təmizlik işləri uğurla davam etdirilir.
Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in
28.79 km-i təmizlənib. Çaylı kəndi
üzrə 15,40 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə
tutulub. Qeyd olunan məsafədən 4,0 km-i texnika, 11,40 km-i isə əl əməyi vasitəsilə
təmizlənəcəkdir. Bu günə kimi isə 1030 m arx təmizlənib ki, bunun da 400 m-i
texnika vasitəsilə, 630 m-i isə əl əməyi ilə həyata keçirilib. Kənd
sakinlərindən Rauf Sanıyev, Gülnaz İsmayılova, Saleh Hüseynov, Səməd Binnətov,
Şəmistan Vəliyev, Qəzənfər Qocayev, Leylifər Məmmədova, Məmməd Qocayev, İlqar
Hüseynəliyev, Hümbət Kazımov, Mətləb Cəlilov, Camoy Qurbanov və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən
genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin
minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata
keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını
qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, əməyin dəyəri məqsəd və nəticəsi
ilə ölçülür. Sizin gördüyünüz işlərin miqyası ilə yanaşı, məqsədi də bəllidir. Siz
rayonumuza elə bir vaxtda gəldiniz ki, illərlə yığılıb qalan problemlərimiz,
qayğılarımız həll olundu. Hər bir rayon sakini elə ilk gündən Sizin qayğınızı
hiss etməyə başladı. Bu gün rayonumuzda olan abadlıq, gündən-günə artan
yeniliklər dövlətin, dövlət başçısının və Sizlərin sayəsindədir. Çaylı kəndinə
yeni asfalt yolun çəkilməsini, kənd məktəbinin əsaslı şəkildə təmir olunmasını
minnətdarlıq hissi ilə qarşılayan sakinlər razılıqlarını ifadə ediblər. Rayonda
bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını ümummilli
lidərin qoyduğu dövlət siyasətinin bu gün onun layiqli davamçısı Respublika
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən
kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları
narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən
səsləndirilən kənddə olan kəhrizin təmizlənməsi, bağçanın açılması, su
məsələsinin aradan qaldırılması, kənd daxilində zibil qutularının qoyulması və
s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. Məsələlərə yerində baxış keçirilməsi,
araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş