İcra başçısı Kosalar kənd tam orta məktəbində olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində olub.
Məktəbin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri müəllim və şagirdlərlə görüşüb.
İcra başçısı "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” deyən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirdiyini bildirib. Həmişə müəllimlərə böyük hörmətlə yanaşdığını, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edib. Ulu öndərin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Son 15 ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələrə əsasən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin inkişafı və keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən söz açıb.
Kosalar kənd tam orta məktəbin də əsaslı şəkildə təmirə böyük ehtiyacı olduğunu qeyd edən rayon rəhbəri bu istiqamətdə lazımi işlərin görüldüyünü bildirib. Bu məktəbdə də əsaslı təmirin nəzərdə tutulduğunu və bununla bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını vurğulayıb.
Məktəbin direktoru Samir Hüseynov təhsil sahəsinə göstərdiyi qayğıya, müəllimlərə göstərdiyi səmimi münasibətə və verdiyi yüksək dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Bu gün məktəbdə 575 şagirdin təlim-tərbiyəsi ilə 65 nəfər müəllimin məşğul olduğunu qeyd edib. 27 sinfin olduğu məktəbdə şagirdlərin normal şəraitdə tərbiyə almaları üçün qismən də olsa təmir işlərinin aparıldığını çatdırıb. Bu il X və XI siniflərdə seçilmiş uşaqların oxuduğunu qeyd edən məktəb direktoru həmin şagirdlərdən yüksək nəticələr gözlədiklərini vurğulayıb. İstər şagirdlərin dərsə davamiyyətində, istər dərs bölgüsündə heç bir problemin olmadığını qeyd edən direktor artıq dərs cədvəlinin tam hazır olduğunu bildirib.
Müəllim-şagird kollektivi ilə səmimi söhbət aparan, Qazax təhsilin, mədəniyyətin beşiyi olub deyən icra başçısı rayonda təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirib. Bu yolda hər bir müəllimə uğur və yeni-yeni nailiyyətlər arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş