Şəhid ailələri hər zaman diqqət mərkəzində olmalıdır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun bariz nümunəsidir.
İcra Başçısı Rəcəb Babaşov bu gün də bir qrup şəhid ailəsini qəbul edib, arzu və istəklərini dinləyib.
Şəhid atası Hüseynov Sarı Pənah oğlunun evinin dam örtüyünün təmirinə köməklik göstərilməsi ilə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri məsələ ilə bağlı aidiyyatı təşkilat rəhbərinə tapşırıq verib.
Şəhid anası İsmayılova Zərnişan Dəmir qızının, şəhid həyat yoldaşı Hacıyeva Sarabəyim Əhəd qızının müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

GOYEZEN.AZ
Facebook-da paylaş