Tütünçülər bol məhsul yetişdirmək üçün səylə çalışırlar
Qazax rayonunda iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafına da önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev Qazaxbəyli kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olublar.
Məlumat verilib ki, bu il 7 hektar sahədə tütün yetişdirilir. Cəfərli kəndindəki istixanalardan kifayət qədər tütün şitili gətirilərək əkilmişdir. Əkin optimal vaxtda başa çatdıqdan sonra sahələr suvarılmışdır. Tütünçülər bu il keçən ilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər.
Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş