Qazax məktəblərində “Son zəng” çalınıb
“Son zəng” tədbirlərində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, yerli icra hakimiyyəti orqanlarının, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, habelə rayonlar üzrə təhsil sektorlarının rəhbər heyəti və əməkdaşları, şəhid ailələri, qazilər, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də məzunlar, onların valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məzunların və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət bədii kompozisiyalar nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunublar. “Son zəng” tədbirləri məktəblərin daxilində keçirilib və müəyyən edilmiş müddət ərzində başa çatıb. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb liseydə keçirilən “Son zəng” tədbirindən Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən “Son zəng” tədbirindən
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb liseydə, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərsekorunun baş məsləhətçisi Gülnar Quluyeva Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə olub, rayon rəhbərinin adından məzunları təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Yeni həyata qədəm qoyan, dünən şagirdi, bu günün məzunu olan gənclərə gələcək həyatlarında hər zaman nailiyyətlər qazanmağı arzulayıb, ən xoş arzularını səsləndiriblər. 

























Facebook-da paylaş














