Əsas Səhifə > Manşet / Təhsil > Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıbDünən, 21:18 |
|
“Son zəng” tədbirlərində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, yerli icra hakimiyyəti orqanlarının, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, habelə rayonlar üzrə təhsil sektorlarının rəhbər heyəti və əməkdaşları, şəhid ailələri, qazilər, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də məzunlar, onların valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məzunların və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət bədii kompozisiyalar nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunublar. “Son zəng” tədbirləri məktəblərin daxilində keçirilib və müəyyən edilmiş müddət ərzində başa çatıb.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb liseydə keçirilən “Son zəng” tədbirindən
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən “Son zəng” tədbirindən
Geri qayıt |