Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız sabitlik, təhlükəsizlik və firavanlıq şəraitində yaşayır”
Hörmətli cənab Prezident! Sizə ölkəmizin inkişafı, sabitliyi və rifahı naminə gördüyünüz misilsiz işlərə görə səmimi təşəkkürümü çatdırıram. Sizin rəhbərliyiniz altında Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənir. Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız sabitlik, təhlükəsizlik və firavanlıq şəraitində yaşayır. Xalqımıza və dövlətimizə göstərilən bu diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, xoş diləklərimi yetirirəm. Hörmətlə, Elvira Əfəndiyeva Azərbaycan Respublikası, Qazax şəhəri. https://president.az/az/articles/view/71773
Elvira Əfəndiyevadan,
Facebook-da paylaş















