Qazax “İdman paytaxtı 2026"nın açılış mərasiminə və qonaqların qarşılanmasına tam hazırdır
Ən önəmlisi də odur ki, bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qalacaq. Bəli, bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olacaq. Çünki həmin gün "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi keçiriləcək. Həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alacaq, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunacaq. Artıq "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə hazırlıq işlərinə start verilib. "Qazax İdman paytaxtı 2026" çərçivəsində şəhərdə genişmiqyaslı abadlıq işləri həyata keçirilib. 2025-ci ildə nəzərdə tutulmuş quruculuq işləri tamamilə yekunlaşıb. Qazax “İdman paytaxtı 2026"nın açılış mərasiminə və qonaqların qarşılanmasına tam hazırdır. Həmin nümunəvi abadlıq işlərindən biri Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq işləridir ki, park daha füsunkar və gözəl olub. Həmçinin, Fəxri Qazaxlılar parkında da abadlıq işləri aparılaraq daha da gözəlləşib. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın qarşısının gündüz və gecə görüntüləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın gündüz və gecə görüntüləri Fəxri Qazaxlılar parkından görüntülər
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasimi 5 mart tarixində təntənəli şəkildə keçiriləcək. 









































Facebook-da paylaş















