• Təqvim

  • Maraq



İcra başçısı Çaylı kəndində vətəndaşın müraciəti ilə yerində tanış olub

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, bu istiqamətdə həyata keçirilən işlər davam etdirilir.

Sevindirici haldır ki, hər bir rayon sakini "Qazax İdman paytaxtı 2026"ya öz töhfəsini verməyə çalışır. Çaylı kənd sakini, sahibkar Mehdiyev Layiq Sarı oğlu da belə insanlardandır. O, yaşadığı kənddə yerləşən idman stadionunu bərpa etməklə görülmüş işlərə dəstək olmaq istəyir.

Yanvarın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı kəndində olub, vətəndaşın Çaylı kəndi ərazisində yerləşən idman stadionunun kənd sakinlərinin vəsaiti hesabına təmir edilməsinə icazə verilməsi barədə müraciətinə əsasən yerində baxış keçirib. Sakinlərin müraciətini dinləyən rayon rəhbəri nümunəvi təşəbbüslərinə görə razılığını ifadə edib. "Qazax İdman paytaxtı 2026" çərçivəsində idman stadionunun bərpa edilməsinin Çaylı kəndində yaşayan uşaq və yeniyetmələrin, gənclərin idmanla məşğul olmaları üçün böyük töhfə olacağını qeyd edib.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş


{sape_links}