• Təqvim

  • Maraq



Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLAR

Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Onu da vurğulayaq ki, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

2025-ci ilin dekabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 22 qəbulu (18-i fərdi, 4-ü ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 31 nəfərin, fərdi qəbulda 36 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Dekabr ayı ərzində fərdi və ümumi qəbula gələn 67 nəfər tərəfindən 75 məsələ qaldırılmışdır. Ümumilikdə, yanvar-dekabr ayı ərzində inzibati binada 151 qəbul (103-ü fərdi, 48-i ümumi olmaqla) təşkil edilib. Yanvar-dekabr ayıərzində fərdi qəbulda 228, ümumi qəbulda 324 nəfər iştirak etmişdir. Yanvar-dekabr ayı ərzində fərdi və ümumi qəbula gələn 552 nəfər tərəfindən 611 məsələ dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir.

2025-ci ilin dekabr ayında Qazax şəhəri, rayonun Fərəhli və Kosalar kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 427 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 3 məsələ qaldırılmışdır. Ümumilikdə, 2025-ci ilin yanvar-dekabr aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır.

Görüşlər zamanı səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir.

İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.

Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında keçirilən fərdi və ümumi qəbullarda 485 nəfər vətəndaş tərəfindən 517 məsələ qaldırılmışdır. 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri və rayonun kəndləri üzrə 46 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.

Fərdi şəkildə keçirilmiş qəbuldan

Ümumi şəkildə keçirilmiş qəbuldan

Qazax şəhərində keçirilmiş səyyar qəbuldan

Fərəhli kəndində keçirilmiş səyyar qəbuldan

Qazax şəhərində keçirilmiş səyyar qəbuldan

Kosalar kəndində keçirilmiş səyyar qəbuldan



Facebook-da paylaş


{sape_links}